Sosial şəbəkələrdə Gəncə şəhər 26 saylı orta məktəb- liseyində əsgərlər üçün nəzərdə tutulan və satışı qadağan olunan kərə yağın satıldığına dair məlumatlar yer alıb.
Məsələ ilə bağlı Bizimyol.info-ya danışan müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı qeyd edib ki, hazırda həmin məsələ ciddi araşdırılır:
“Məsələ hal-hazırda ciddi şəkildə araşdırılır. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə eləcə də mətbuata məlumat veriləcək”
Gəncə şəhər 26 saylı orta məktəb- liseyinin təlim-tədris işləri üzrə direktor müavini Nəsibova Səbahinin Bizimyol.info-ya verdiyi açıqlamaya görə isə məsələ dərhal araşdırılıb, kamera görüntülıərinə baxılıb və yayılan məlumatların heç biri öz əksini tapmayıb:
“Biz də tanış olduq məlumatla, dərhal araşdırdıq. Yayılan məlumatların heç biri həqiqəti əks etdirmir. Biz məktəbin mətbəxində, bufetində olan kamera görüntülərini də izlədik, satışı qadağan olunan, əsgərlərimizin istifadəsi üçün nəzərdə tutulanm kərə yağları, yaxud digər yeyinti məhsullarına rast gəlmədik. Hətta kənardan alınan məhsullar da məktəbin bufetində yeyilir, bu səbəbdən kənardan da məktəbimizə bu kimi mallar daxil olmayıb”.
RePost.Az