Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva Xalq artisti Fəxrəddin Manafovla görüşüb.
RePost.Az xəbər verir ki, jurnalın baş redaktoru bu barədə şəxsi Instagram hesabında paylaşım edib.
Leyla Əliyeva Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Fəxrəddin Manafovdan müsahibə götürüb.
Leyla Əliyeva paylaşdığı videoda "Fəxrəddin Manafovla müsahibə" sözlərini qeyd edib.
"Baku" jurnalı 2007-ci ildən rus dilində nəşr olunur. Jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri və müasir həyatı haqqında materiallar təqdim olunur. 2011-ci ildən "Baku" jurnalının ingilisdilli versiyası - "Baku International" nəşr edilməyə başlayıb.
RePost.Az