Deputat Rəfael Cəbrayılovun dələduzluq yolu ilə aldatdığı vətəndaşlar problemlərinin həlli üçün başqa variantlarının qalmadığını bildiriblər.
 
RePost.Az yenicag.az istinadən xəbər verir ki, məlumata görə, deputata məxsus olan tikinti şirkətindən ev alan çox sayda vətəndaş az sonra böyük dələduzluqla üzləşdiklərini başa düşüblər. Şirkətin eyni mənzili bir neçə vətəndaşa satması onları çıxılmaz duruma salıb.
 
Pulunu ödədikləri yeni mənzili əldə edə bilməyən şikayətçilər deputatın şirkətinə ödədikləri vəsaiti də geri ala bilmirlər.
 
Qeyd olunur ki, deputat Rəfael Cəbrayılova məxsus şirkətin vətəndaşlara yaratdığı bu problem haqqında məlumat artıq yüksək dövlət instansiyalarına da yetişib və aidiyyatı orqanlar müvafiq araşdırma aparırlar.
 
Deputatın dələduzluğuna məruz qalan vətəndaşlar isə Milli Məclisin qarşısında etiraz aksiyası keçirərək, Rəfael Cəbrayılovun mandatdan məhrum olunmasını tələb etməyə hazırlaşırlar.
 
RePost.Az

Baxış sayı: 4188 | Tarix: 26.11.2018
Bizi Telegramda izləyin: @repostaz