Aclıq aksiyası etdiyi deyilən bloqer Mehman Hüseynovun son görüntüsü yayılıb.
 
BAKU.WS xəbər verir ki, hüquqşünas S.Məmmədov sosial şəbəkədə M.Hüseynovla birgə fotosunu paylaşıb.
 
Həbsdə olan bloqqer Mehman Hüseynovla görüşən Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov fotonu Mehmanın icazəsi ilə paylaşdığını qeyd edib.
 
Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis idarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.
 
RePost.Az

Baxış sayı: 4511 | Tarix: 08.01.2019
Bizi Telegramda izləyin: @repostaz