Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.
 
RePost.Az xəbər verir ki, dövlət başçısı görüşdə çıxış edib. Sonra dövlət başçısı birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartları şəhid hərbi qulluqçularının vərəsələrinə təqdim edib. Şəhid ailəsinin yaşlı üzvlərinə özü yaxınlaşan prezident onlara kartı şəxsən təqdim edib. 
 
Şəhid atası Şirvan Nüsrətov çıxış edərək prezident İlham Əliyevə təşəkkür edib. Çıxışından sonra şəhid atasına prezident su verib və onun tribunadan düşməsinə köməklik edib. 
 
Prezidentin bu qayğısı sosial şəbəkələrdə böyük rəğbət qazanıb.  
 
RePost.Az


Baxış sayı: 4416 | Tarix: 29.01.2019
Bizi Telegramda izləyin: @repostaz