Xocalı soyqırımının ildönümündə Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır və son” sözləri yazılmış plakata etiraz etdiklərinə görə, həbs olunan güney azərbaycanlıların sayı 29 nəfərə çatıb.
RePost.Az-ın məlumatına görə, martın 2-də azərbaycanlı milli-mədəni fəal Yusif Sələhşur öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bundan əlavə, martın 1-də “Traxtur”la “Sepahan”ın Təbrizin səhənd stadionunda görüşündən sonra 28 soydaşımız stadiondan çıxarkən saxlanılıb.
Tutulanlardan hələlik 9-nun kimliyi müəyyənləşib: Ehsan İsmayıldoxt, Mehdi Həmzei, Babək Siyami, Davud Mahmudi, Kərim Kərimi, Həmid Baği Beyrəq, Bəhram Azad, Hadi Abbaspur və Ramin Aradgər. Saxlanılanlardan bəzilərinin Saib təcridxanasında döyüldüyü bildirilir.
Onların barəsində hələlik daha ətraflı məlumat yoxdur. Təhlükəsizlik qüvvələri saxlanılan fəalların ailəsinə onların azadlığa buraxılacağını bildiriblər. Hətta konkret olaraq 8 nəfər barəsində vəsiqə qərarı çıxarılacağı bildirilib, lakin onların sərbəst buraxılması ilə əlaqədar hələlik heç bir qərar verilməyib.
RePost.Az