Qalmaqallı türk müğənni Bakıda BİABIR oldu - VİDEO
Bakı Olimpiya Stadionunda Yeni İl konserti verən 16 yaşlı türkiyəli müğənni Aleyna Tilkinin konsertdən yayılan görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
RePost.az xəbər verir ki, müzakirələrə səbəb isə onun konsert zamanı geyinidiyi paltardır. Tilki dinamik rəqs etdiyi vaxt külək onun donunu qaldırıb.
Bu isə dəfələrlə +18 görüntülərin ortaya çıxmasına səbəb olub. Azyaşlı qızın görüntüləri sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin etirazla qarşılanıb.
Qeyd edək ki, müğənni 1 saatlıq çıxış üçün 50 min lirə (23 min 770) qonorar alıb.
Həddi-buluğa çatmadığından Aleyna Tilkinin Türkiyədə spirtli içki verilən konsert və tədbirlərdə iştirakı mümkün deyil. Bununla belə, o, çıxış etdiyi hər məclisə görə 20-30 min lirə əldə edə bilir.