Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinə rəis təyin edilib.
RePost.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Ramil Baloğlanov təyinat alıb.
O, bundan əvvəl Maliyyə-plan idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, bir müddət əvvəl Ramil Usubovun əmrinə əsasən, DİN-in Maliyyə-plan idarəsinin rəisi, polis polkovniki Səxavəddin Abdullayev təqaüdə göndərilib.
RePost.Az