Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əsgərlərinin ermənilərə satılmasında adı hallanan hərbçilərlə bağlı Real TV-də sensasion fikirlər səsləndirilib.
 
RePost.Az xəbər verir ki, aparıcı Mirşahinin açıqlamasına görə, Azərbaycan Ordusunda xidmət göstərən bölük komandiri Süleyman Kazımov tabor komandiri polkovnik-leytenant Ağayev Elçin tərəfindən düşmənə təhvil verilib. Həmin vaxt ermənilər Azərbaycan hərbçisini cinsi təcavüzə məruz qoyub. Daha sonra zorlama səhnəsini telefona çəkərək onu şantaj etməyə başlayıblar. Bu şantajlardan sonra Süleyman Kazımov Azərbaycan ordusunun hərbi sirrlərini düşmənə verməyə məcbur olub. Mirşahinin açıqladığı digər sensasion faktların videosunu təqdim edirik:
 
RePost.Az
 


Baxış sayı: 4530 | Tarix: 04.04.2019
Bizi Telegramda izləyin: @repostaz