Azərbaycan Avropadan hərbi təyyarələrin uçuşu üçün hava sahəsindən keçidə icazə verməyib.
Qaynarinfo İHA-ya istinadən xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Məlumata görə, Azərbaycanın bu qərarından sonra Almaniya problemlərlə üzləşib. Belə ki, alman ordusu əsgərlərini ABŞ təyyarələri və sərnişin reysləri ilə daşımaq məcburiyyətində qalıb.
Azərbaycan tərəfi alman ordusunun həftəlik ehtiyacları üçün istifadə olunan təyyarənin də Bakıda enişinə icazə verməyib. Bu səbəbdən uçuşlar təxirə salınıb.
Əfqanıstanın Məzar-i Şərif şəhərindəki Marmul NATO bazasında xidmət keçən 1300 alman əsgəri aprel ayının sonunadək Amerikanın C17 təyyarələri ilə daşınacaq.
Almaniya mətbuatı hava sahəsindən keçid icazəsi almaq üçün NATO-nun Azərbaycanla danışıqlarda "ləng tərpənəsi"nin aprel ayındakı daşınmaları yubatdığını yazır. Həmkarlarımızın fikrincə, buna səbəb son illərdə Almaniya ilə NATO arasındakı soyuqluq olub.
RePost.Az