“Şainçik, danış, mənə pul versinlər...” – Sevinc haqqında ŞOK VİDEO
2016-ci ilədək aprel məğlubiyyət, daha doğrusu itki ayı idi. Ya 1920-ci ilin 28 aprel işğalı ilə, ya da 1993-cü ilin 2 aprelində Kəlbəcəri düşmənə buraxıb çıxmağımızın ildönümü ilə xatırlanırdı.
2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin əks-həmləsi nəticəsində düşmənin əhəmiyyətli dərəcədə geri atılması ən yeni tariximizdə bu ayın məzmununu tam dəyişdi. Məsələn, şəxsən mən, Azərbaycan qadınının bu ay Azərbaycan kişisini Aprel döyüşlərində qazanılmış ərazi və ruh yüksəkliyi münasibətilə, Lələtəpəyə bayraq sancılması, Talış yüksəkliklərinin azad edilməsi, özünəməxsus bir kişilər bayramı münasibətilə təbrik etmək arzusunu elə qürurla anlayaram ki... Hiss olunur ki, belə bir bayrama vakansiya var.
Bu il ilk dəfə fikir verdim ki, vətəndaşlarımız Aprelin ilk həftəsini bayrambadlıq etməyə meyllidir. İlk baxışda hətta bir az narahat da oldum ki, insanlarımız elə bil Kəlbəcərin uduzulmasını yaddan çıxarıblar. Amma bu narahatlıq qısa sürdü. Aprel döyüşlərinin vətən boyda, dövlət boyda, ərazi bütövlüyümüz boyda qeyd olunmasının içindəki Kəlbəcərə görə qisas ovqatının olduğunu tam anlayanadək. Elə buna görə də İlham Əliyevin bu həftə hərbçilər, ordu rəhbərliyi qarşısındakı çıxışını Ali Baş Komandanın yeni müraciət ənənəsinin təməlini qoymasıtək başa düşdüm.
Birinci Vitce-prezident Mehriban Əliyevanın da Aprel döyüşlərindən alnıaçıq, üzüağ çıxmış qazilər də daxil olmaqla qazilərlə görüşünə bu dövləti qayənin tərkib hissəsi olaraq baxmaq lazımdır. Birinci Vitse-prezident öz canından keçməyə, fədai olmağa hazırlığını vücudundan verdikləri əza qurbanlarıyla sübut edən döyüşçülərlə inzibati-statik yox, bütün mövcud klişeləri sındıraraq danışırdı. Bacı kimi. Doğma bacı kimi. Qolunu, qıçını, gözünü itirmiş qardaşların, mərd, fədakar qardaşların bacısı tək.
Bu, sıradan görüş deyildi. Bu birinci Vitse-prezidentin Aprel Döyüşlərinə, həm də o zəfər tağının altına toplaşan Böyük Qadınların, Şəhid Analarının dəyanət və fədakarlığına yanaşma tərzi idi. Bu görüşlə 3 il əvvəlki görüş arasında bir ana bağlılığı, ana həmkarlığı da var idi:
Azərbaycan əsğərinə şəhid, qazi, sağ-salamat, yaxud həlak olmasından asılı olmayaraq bütöv, bütün bir varlıq kimi baxan Ali rəhbərlik vətənin müdafiəsini dövlətin əsas kursu elan edib. Bütün inkişaflar, bütün innovasiyalar, bütün uğurlar müdafiə və qüdrət üçündür. Təsəlliverici, nəzəri, zəif ümidlərlə başa çatan Əliyev-Paşinyan görüşünün ardınca Ermənistan müdafiə nazirinin avantürist, hətta provakativ bəyanatı aqressor ölkənin əsəblərini cilovlaya bilməməsini göstərir. Ona görə də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun erməni sərnişin jurnalistə verdiyi cavab və dərsi əslində Ermənistanın bütün isteblişmentinə aid etmək olar.
Gizlətmirəm. Elə mən də Ermənistan xarici işlər nazirinə sual vermək istərdim. Mənuniyyətlə istərdim. Və əslində Moskvaya, MDB dövlətləri xarici işlər nazirlərinin görüşünü işıqlandırmağa gedəndə də bir məqsədim Zöhrab Mnatsakanyanla görüş şansımı sınamaq idi. Amma nazir gəlməmişdi, onun əvəzinə tədbirə qatılan müavin isə bircə onu deyirdi ki: - “ya ne ministr, ya ne ministr”.
Diplomatların müşavirəsində isə mənə altı-yeddi köynək o yana olan məsələlər müzakirə edildiyindən açığı bu toplantı o qədər də maraqlı görünmədi. Nə Türkmənistan naziri Rəşid Meredovun Berdımühəmmədova bənzətmək istədiyi tonda, onun kimi bir az da burnunda danışmasıyla ölkəsinin MDB-nin daha effektiv qurum olması istiqamətində göstərdiyi təşəbbüskarlıq barədə dedikləri, nə ikinci dünya müharibəsinin başlanmasının 80 illiyi münasibətilə qurum miqyasında hazırlanan tədbirlər, o dövrün məzarlıq və heykəllərinin qayğısına qalınmasıtək sırf mədəniyyət nazirliyi ampluasında danışılmalar.
Hətta görüşdən qabaq Rusiya Xarici işlər Nazirliyinin təşkil etdiyi sərgi-stenddə 2-ci Dünya müharibəsinin başlanma səbəblərini faktlar və dövlətlərarası yazşımalarda göstərən unikal tarixi, bəziləri isə ilk dəfə nümayiş etdirilən sənədlər belə gözləntilərimlə müqayisədə maraqlı deyildi. Amma deməzdim ki, hər şey əsnək gətirəcək həddə idi. Məsələn, Lavrov-Məmmədyarov görüşündən sonra nazirimizin bizim üçün keçirdiyi brifinqdə maraqlı cavablar aldıq. Brifinqdən sonra isə Elmar Məmmədyarov Real-a ayrıca danışdı.
Yəqin fikir verdiniz. Sakit, dostyana, hətta kameranı ümumiyyətlə nəzərə almadığı hiss olunacaq dərəcədə səmimi müsahibə alınmışdı. Azərbaycan naziri soyuqqanlı idi. Əsəbi deyildi. Məntiqi də ki, məntiq. Erməni sərnişin jurnalistlə danışarkən istifadə etdiyi intonasiya üstündə idi. Həmkarlarımdan birinin “Rusiyada belə bir söz var, deyirlər ki, Lavrovla anlaşa bilməyənlər Şoyqu ilə anlaşmalı olacaq. Demək olarmı - Məmmədyarovla anlaşa bilməyənlər Zakir Həsənovla danışmalı olacaqlar? -sualına da Məmmədyarov təsdiq cavab verdi. Hətta hiss olunurdu ki, sualın məhz bu şəkildə qoyuluşundan razı qalıb. Azərbaycanın müdafiə naziri Zakir Həsənov isə məqam gözləyir. Ordumuz erməni arzusunu İrəvana qədər ötürməyə hazırdır. Özü də nazir bu iradəsini dövlətin rəsmi kanalında ortaya qoyur və bu təsadüf deyil.
Və bu da biz. Ön xəttdən aldığım təəssüratları qürurla bölüşürəm. Hərbçilərimiz çox ucadadırlar. Baxaq və Aprel döyüşlərində şəhadətə qovuşanların ruhuna sahib olaq, ruhlanaq.
Biz strateji yüksəklikdəydik. Ordan hər yer aydın görünür. Ucalar da, alçaqlar da. Hətta barmaqlarının ucuna azacıq qalxsan məkanı arxada qoyub zamanın da o tayını görə bilərsən. Mən baxdım və gördüm. Bir az uzaqları. Lap dibi. O yerləri və o çağları ki, Azərbaycan xalqının başını Bakı inqilabı ilə qatıb Xocalını qeyrət sürüşməsinin yarğanına buraxdıq. Sonra yenə də iqtişaşlar, küçə hərəkatı və Şuşanı itirdik. Sonra tankı, topu, əsğəri, zabiti səngərdən Bakıya daşıdıq, “Hakimiyyət məsələsini həll edək, Qarabağla asandır!” - dedik və Laçın işğal edildi. Sonra yeni inqilabın arxasınca su, qan atdıq və Kəlbəcər getdi... sonra Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl.
Deməyim budur ki, onlar camaatı avantüraya çəkdi, torpağın dayaqlarını boşaltdı, ermənilər isə daxili çəkişmələrimizdən istifadə edərək hər dəfə bir rayonu ələ keçirdi. Axır ki, milli şüur küt beyinlərə işlədi və dayandıq. Dayanırıq. Yıxılmaqdan, süqutdan, çökməkdən, işğal edilməkdən dayanırıq. 26 ildir. Amma Azərbaycana Qarabağ problemilə birlikdə yeridilmiş müxalifət monstrları sakitləşə bilmir. Bu yaxınlarda Ermənistanın müdafiə naziri Tonoyan yeni müharibə və yeni ərazilər şüarı ilə çıxış etdi. Eynilə 1991-1993-cü illərin ab-havasını yaratmaq istəyirlər. Doxsanıncı illərdə Azərbaycanın keşiş qaponları erməni xaçına işləyərək torpaqlarımızın 20 faizini cinayətkarcasına qeyb etdilər. Ritorika eynidir. O zamankı sözlərlə danışırlar. Bu hakimiyyət Qarabağı almayacaq. Qarabağı almaq istəyiriksə hakimiyyət getməlidir. Və sair. Eyni beyin və eyni peyin. Bu gün də eyni şüarlar səslənir. Xaos müxalifətinin dilindən.
Bakıda və xaricdə olmasından asılı olmayaraq. O zaman orda Levon Ter-Petrosyan idi, Robert Koçaryan, Serj Sarqsyan idi, burda xaos müxalifəti-Rəhim Qazıyev, İsgəndər Həmidov, Əli Kərimli, bu gün orda Paşinyandı, Tanoyandı, burda Rəhim Qazıyev, İsgəndər Həmidov, Əli Kərimli, yenə də xaos müxalifəti. Özünüz də paralel apara bilərsiniz. Uzaq olmayan Sahillərdəyik. Yenə də həmin dalğa, yenə həmin koordinat! Yenə eyni adamlar, amma daha köhnə və daha nimdaş, yenə eyni çağırışlar, amma daha yersiz və daha cinayətkarcasına, yenə eyni əhval-ruhiyyələr, eyni qüvvələr... eyni tərbiyələr, tərbiyəsizliklər... və bu köhnə küləşlər Azərbaycanı yerləşdiyi gələcəkdən ən azı 30 il əvvələ atmağa çağırırlar.
Öz uğursuzluqlarını, başarısızlıqlarını, vaxtıkeçmiş və möhlətiçıxmışıqlarını bütün millətə, bütün xalqa müncər edənlərin saatı çoxdan yatıb. Amma onlar irəli tələsən kimdənsə saatı soruşub yenidən qurmaq əvəzinə, hamının saatını geri çəkib dayandırmaq istəyirlər. Xahiış edirəm. Bu kadrlara baxın. Dünyanın ən sürətlə inkişaf etməkdə olan dövlətlərindən biri olan Azərbaycanı özləri üçün ən yaxın gələcəyə 1991-ci ilə dartmağa amadə olan qüvvələri göstərəcəm sizə. Əslində onları bu həftə ərzində kifayət qədər görmüsünüz. Mən isə kadrları Sizə yenidən təqdim etməklə, həm də rica edəcəm ki, çalışıb onları 30-32 il əvvəldə görəsiniz. O zaman anlaşılacaq ki, bu insanların göstərdikləri performans bədnam və şansız keçmişin anonsudur.
Təkrar edirəm, bax bu başıpozuqların kini, hikkəsi, ambisiyaları nəticəsində bayaq adlarını çəkdiyim rayonlar, Dağlıq Qarabağ qəsb edildi. İndi bu xılt özünü xalq hərəkatı adlandırır, amma eyni zamanda qarışıqlıq yaratmaqla yeni yeni ərazi itkilərinin əsasını qoymağa, əsasən əyaləti qarşıdurmaya çəkməyə, ayrı-ayrı rayonlarda qarışıqlıq yaratmağa çalışır, Tonoyanın şüarına işləyir.
Əlbəttə, Azərbaycan güclüdür. Bu bir ovuc keçmiş, çürüntü qoxusu verən boyat, istismar möhləti çıxmış dirilərin, hələ də faytonunu at gücü ilə ölçən arxaiklərin, siyasi ayağı çarıqlıların kosmik klubun üzvü, 21-ci əsrin innovativ çağırışlarını müsəlman ölkələri arasında ən tez cavablandıran bir dövlətdə nəyəsə nail olması mümkün deyil. Söhbət burda sadəcə olaraq ondan gedir ki, özünü hələ də prezident, baş nazir, daxili işlər naziri, baş prokuror kimi aparan bu zavallılara bu halın adicə şizofreniya olduğunu bir cəmiyyət olaraq anlada bilək. İzah edə bilək ki, məsələn, sizə neft yataqlarına nəzarət yox, sadəcə yataq rejimində müalicə lazımdır. Bu insanların beynində hələ də küçə uşaqlığı, hərəkat töküntülüyü, meydan sahmansızlığı, qara güruh idarəolunmazlığı qalmaqdadır.
İsgəndər Həmidovun nazir olduğu zamandan qalma qol gücünə söykənməsi, Rəhim Qazıyevin küçə söyüşü ritorukasına pənah aparması da o dövrün qalığıdır. Və bu insanlar elektron-kosmos Azərbaycanına, region derjavasına, öz primitiv qafaları ilə lokomotivlik etmək iddiasina düşüblər. Ən qəribəsi də budur ki, bu meydan-şeytan karuselində yellənənlər bir-birlərilə də səmimi deyillər. Məsələn, qaçaqmal müxalifətinin nümayəndələrindən biri, Azərbaycana xaricdən odabaşılıq etməyə çalışan Qurban Məmmədov və yaşı 70-i keçsə də başı 7-də qalan İsgəndər Həmidov.
Mən 100 faiz əmin olmasam da içimdə bir belə hiss var ki, İsgəndər Həmidov Qurban Məmmədova doğrudan inanır. Ona görə də yəqin mənim indi deyəcəklərim və göstərəcəklərim ilk növbədə İsgəndər Həmidov üçün gözlənilməz olacaq. Diqqət. Sensasiyaya hazır olun. Əvvəlcə bir telefon nömrəsi göstərəcəm ki, tamaşaçılarımız yazışmanın doğrudan Qurban Məmmədovla aparıldığına əmin olsunlar. Lap əmin olasınız deyə özümün ona yazdığım mesajın bir hissəsini təqdim edirəm. Bu günlərdə ortaya atdığı bir sarsaq təşəbbüslə bağlı ona şəxsi yazmışdım!
“Sadəcə bir şeyi başa düşmək istəyirəm: sənin kimilər necə yaranır və necə üzünü gizlətmədən gəzə bilir!? Utanmadan? Yerə girmədən! Azərbaycan sənə haram olsun! və sairə. Bu da Qurban Məmmədovun cavabı
Əlbəttə, nömrəni göstərə bilərəm, sadəcə bunu reklam olmasın deyə etmirəm. Amma son dörd rəqəmi deyəcəm. 8159
İndi isə bayaq vəd etdiyim sensasiya. Deməli, Qurban Məmmədov Hərəkat üzvlərindən biri ilə yazışır. Eyni nömrədi. Son rəqəmləri: 8159 Bunu ona görə deyirəm ki, Qurban Məmmədov sonra boynundan atmasın, montajdı, şantajdı, filandı deməsin.
Beləliklə: Qurban Məmmədov kiməsə yazır. Kiməsə deyirəm, amma mənə həmin kimsənin kim olduğu tam aydındır.
Qurban Məmmədov: -Eybi yox, sabahkı iclasa məni mütləq qoş. O bandanın məsələsini qoyacam.
Cavab: -Bilirsiniz kimlərdir onun bandasında?
Qurban-Bəli bilirəm. Ona görə də sabah o bandanın 3 üzvünün məsələsini qoyacam.
Valeh İbadov
Ramiz Tağıyev
Ağasif Şakiroğlu
Sonrakı iclaslarda da Firudinin, Yavərin məsələsini qoyacam.
Cavab: Başa düşdüm bəy! Amma məncə İsgəndərdən başlamaq daha yaxşı olar.
Qurban Məmmədov: Yox qətiyyən. İlk öncə İsgəndərin ətrafın dağıtmaq lazımdı. Ətrafını dağıda bilsək, onu çıxarmaq çox asan olacaq hətta bu mövzuda Mirmahmud bəy də aldanaraq bizi dəstəkləyəcək. Ona görə dəstəkləyəcək ki, İsgəndər yola salındıqdan sonra Hərəkatın onun liderliyində fəaliyyət göstərdiyini sanacaq. Ona görə də İsgəndəri bizimlə birləşərək vuracaqlar. Sonra onun da məsələsini həll edərik. Mirmahmud elə də güclü deyil.
Cavab: Başa düşdüm bəy! Əsas odur ki, tələsib özümüzü yandırmayaq. Tələsmədən bütün bunları etmək lazımdır. Vaxtınız varsa, zəng edim rahat danışaq.
Qurban: Təbii ki tələsəməy lazım deyil. Allaha şükür ki, biz İsgəndər kimi ağılsız deyilik. İmkan tanıyaq qoy özünü bir qədər də biabır etsin.
Cavab: Anladım. Zəng edim danışaq?
Qurban: Bəy, 5 dəqiqəyə özüm zəng edirəm sizə.
Yazışma uzundur. Amma mən onun sizə, həm də yəqin daha çox İsgəndər Həmidova maraqlı ola biləcək hissəsini oxudum. Hörmətli tamaşaçılar! Bütün bunları ona görə deyirəm ki, bu siyasi Məşdi İbadların nə qədər xərif və xarab olduqlarının özünüz şahidi olasınız. Azərbaycan dövlətinin altını heykəl-heykəl oymağa çağıran bu adamları öz abırlarına məhbus etmək lazımdır.
Bu gün əgər Rəhim Qazıyev Rəhim Qazıyev olduğundan, İsgəndər Həmidov İsgəndər Həmidov olduğundan utanmırsa, Qurban Məmmədov yerə girmək əvəzinə göylə gedirsə bu sizin, bizim susmağımızın nəticəsidir. Çağırış kimi çıxmasaydı, məsələn çörək dükanlarına müraciət edərdim ki, satıcılarımız bu adamlara çörək satmasınlar. Sürücülərimiz bu miskin varlıqları avtobuslara minməyə qoymasınlar. Şəxsiyyət vəsiqələri rəsmən qüvvədə olsa da, onların kimliklərini gerçək hesab etməsinlər. Təcili yardım stansiyalarımız onların çağırışlarını qəbul etməsinlər. Yasa, toya buraxmasınlar. Bir sözlə belələrini cəmiyyət bir zamanlar Çernışevskinin məruz qoyulduğu tənbeh növünə məhkum etsin. Amma hayıf ki, belə çağırışlar edə bilmirəm. Bilmərəm.
Bu məxluqlar bəyəmməsə də Azərbaycan demokratik respublikadır. Ol-maz! Bu insanlar Azərbaycanın ən yaxın tarixinin heç vaxt inkar edə bilməyəcəyi, lap elə olsun ki, əksər hallarda tühaf imicə malik personajlardır. Bu həqiqətlə barışmağa məcburuq. Hərəkat eyforiyasında irəli buraxmışıq, tribunalara, başımıza çıxarmışıq, xəstələndirmişik, sağalda bilmirik-filan. Bütün bunlar artıq təfərrüatdır. Amma məcburuq, məcburuq ki, onların da söz haqqını tanıyaq. Bir şərtlə ki, özlərini müsbət örnək kimi göstərməsinlər. Demirik ki, danışmasınlar. Danışsınlar, amma öz faciəvi keçmişləri timsalında ən yaxın tarixi danışsınlar. Etiraf şəklində danışsınar. Özlərinə bəraət üçün yox, sadəcə tarix üçün. Rəhim Qazıyev danışsın ki, Şuşadan sonra, İsgəndər Həmidov isə Kəlbəcərdən sonra necə güc tapdı yaşamağa? Danışsınlar ki, gənclər gələcəkdə Rəhim, İsgəndər, Qurban olmamaq üçün nə etməlidirlər. Tövbə etsinlər.
Bir də siyasətə qarışmasınlar. Ləkəli keçmişləri ilə Azərbaycanı qarabaqara izləyən bu insanlar anlasınlar ki, kölgə iqtisadiyyatından daha təhlükəlisi kölgə mənəviyyatıdır. Bir ildən artıqdır ki, mən burda and içirəm, qəsəm edirəm! Ən müxtəlif misallarla, sənəd-sübutlarla anlatmağa çalışıram ki, Azərbaycanı beynəlxalq rəqabət meydanından vurub çıxarmaq istəyən qüvvələr, ölkələr müxtəlif tələlər, kombinasiyalar qururlar. Guya demokratiya elçiliyi edənlər özlərini azadlığın humay quşları, sülhün göyərçinləri kimi Azərbaycana sırımaq istəyənlər əslində xaraba yerin bayquşlarıdır. Əslində isə bu obraz yalnız şirmadır.
Onlar özlərini sizə, bizə necə göstərmələrindən asılı olmayaraq xislətcə dilənçilərdir. Əqidə baqqalları, vicdan möhtəkirləridir. Növbəti sensasiyaya hazır olun. Amma əvvəlcə kiçik bir haşiyə çıxım. Osmanqızından danışacam. Bu adamın yalan danışdığını görmək məndən ötrü çox ağırdır. Bir keçmiş həmkar kimi. Məsələn bu yaxınlarda çıxış edirdi, deyirdi ki, Bakıda hələ yaşayanda, guya ona hakimiyyətdən çemodan dolusu rüşvət təklif ediblər ki, CNN-də reportajlar versin. Sevinc özü yaxşı bilir ki, bu gülünc söhbətdir. Əksinə, Sevinc özü can atırdı ki, ona yaxşı pul versinlər. Etdiyi reportajlar da avans xarakterliydi.
Ümumiyyətlə, qadınlarla aramda olan nələrsə barədə danışmaq, yalnız mənə və ona aid olan mövzularda arxiv açmaq kimi adətim yoxdur. Amma yalnız mənə və ona olduqda!!! Amma indi artıq o situasiya deyil. Bu bir davadır. Barrikadanın bu tərəfində mənəm. Sevinc Osmanqızından xahiş edərdim ki, vicdanının səsinə qulaq assın. Onda eşidəcək ki, o səs nə pıçıldayır. “Şainçik, danış da, mənə pul versinlər də, SOCAR neft pulundan mənə versin də. AKKORD-u çəkim də CNN-ə, nə qədər verərlər? Azqranatadan reportaj verim də...”
Osmanqızının vicdanı bu sözləri pıçıldamalıdır. Yoxsa Zoya Kosmedemyanskaya olub mənimçün. Osmanqızı bu saat da böyük məmnuniyyətlə özünü təklif edə bilir. Hətta lap aşağı yerinə. Dəfələrlə demişik ki, bu qadının əsas məqsədi pul əldə etməkdir. Qrant pulları. Tək yox. Şəbəkə yaratmaqla. Onun bütün fəaliyyəti şübhəli qurumlarla əməkdaşlıq etməklə Azərbaycana qarşı çalışmağa yönəlib. Bütün fəaliyyəti! Bu yaxınlarda Osmanqızının xüsusi xidmət orqanları ilə əməkdaşlığı barədə bəzi məlumatlar yayılmışdı. O da məsələnin üzərinə getmişdi və hətta özünü və Osmanqızı Sevinciklərin bir qrupunu da inandırmağa çalışmışdı ki, həddi-büluğa çatmayıb, hələ tər qönçədir, vətən, millət bakirəsidir! Baxmayaraq ki, Sevincin hansı yuvanın göyərçini olduğunu bilirəm və onu da bilirəm ki, ayağında daşıdığı məktublar kimdən və kimədir.
Xülasə çox uzatmayaq. Sevinc Osmanqızının qibləsi və amalını, ailəsindən və atasının şəhid ruhundan da artıq ehtiram bəslədiyi dəyəri-pula olan sevgisini əyani faktlarla göstərək. Təkcə qara güruh təkhüceyrəlilərinə deyil, bəzən onu sadəcə tanımadıqlarından aldanan sadəlövhlərədi həm də sözüm. Bu insan sadəcə satıcıdır. Satqın demirəm. Xətrinə dəyir, bilirəm. Sa-tı-cı! Vətəni satır. Dollarla, sentlə, qrantla... Qulaq asaq. Osmanqızı təzə piştaxta yoldaşı tapıb. Çingiz Sultansoy. Ona cik-cik öyrədir. İndi özünüz görəcəksiniz ki, bu adamlar Azərbaycanı özlərinin şirin dilində necə satırlar. Təqdim edəcəyim faktlara bir aydınlaşdırıcı məlumat da qoşum.
Deməli, özünü Azərbaycanda heç cür tapa bilmədiyindən xaricə qaçmış neudaçnik jurnalist Çingiz Sultansoy dolanışıq yolunu xaricdə axtarır. Ona məsləhət görürlər ki, hər fürsətdə özünü xeyirxah ana-bacı kimi təklif edən Sevinc Osmanqızının məsləhətindən bəhrələnsin. O da müraciət edir. Osmanqızının lütfkarlıqla bəxş etdiyi Youtube səhifəsində Azərbaycan dövlətinə qarşı çıxış edib. Yəqin sizdən ötrü sirr deyil də, Azərbaycanı nə qədər sərt söysən, nə qədər inanılmaz böhtan atsan bir o qədər xəfiyyə pulu almaq imkanın var. Burda da belədir.
Çingiz Osmanqızı kanalında çıxış edib və maliyyə yengəsi də ilk təəssüratlarını danışır. Bu danışıqdan aydın olur ki, Sultansoyun Alternativa kanalı da Sevincin tapşırığı ilə yaradılıb. Beləliklə, diqqət, qulağınız bizdə olsun. Damışır Osmanqızı və Sultansoyu yaşıl əskinaslarla döşənən Qırmızı Fanarlar küçəsində əlindən tutub gəzdirir.
“Bir də ki, Çingiz müəllim, siz vaxtınız olanda YOUTUBE-də özünüzə bir kanal açın, məsəl üçün-Alternativa- ola bilər və siz verilişlər olduqca ora da yerləşdirin. Bu yavaş-yavaş başlayacaq özünə auditoriya yığmağa, həm də ki, müəyyən vaxt keçəndən sonra başlayacaq gəlir gətirməyə. Bunları da edin. İnşallah biz bunu 5-6 dənə veriliş edəndən sonra o səhifəni də göndərə bilərik ki, qrant üçün müraciət edək.”
Sevinc bununla kifayətlənmir. Təcrübəli bir nüfuz agenti kimi başqa faydalı məsləhətlər də verir. Eyni zamanda, qrant debütantına ürəkləndirici, ruhlandırıcı sözlər ünvanlayır.
“Əslində müsəlmanın sonrakı ağlı, qrant üçün əslində elə gərək mən özüm Osmanqızı-nda olan linklərinizi göndərim, çünki orada baxış da çoxdur və sadəcə olaraq mən pleylist edəcəm bu Aternativa-nın özünü pleylist edəcəm, bir neçə dənə olsun. Amma sizin öz kanalınızın olmağı yaxşıdır, mən hesab edirəm ki, olsun da, o böyüyəcək, mən də lazım gələndə kömək edəcəm paylaşmağa və vaxt keçdikcə auditoriya da yığacaqsınız. Bu qədər, mən hələ də ürəyim sevinir ki, sizdə çox super alındı, çox qəşəng idi, yəni balaca dəyişiklik görürsünüz də nə qədər böyük fərq elədi. Hələlik sağ olun. Poka”.
Budur Sevinc Osmanqızı. Əsil Osmanqızı. “Şainçik, mənə neft pulları versinlər də"-deyə guya öz aləmində sadəlöv şəkildə, məsum qızcığaz manerasında, qarşısındakı kişini bişirməyə yönəli flirt intonasiyası təklif edən qadın. Sadəcə oul lazımdı ona və onlara. Onların Azərbaycanda demokratiya, insan azadlığı altında yaymaq istədikləri də əslində qrant üçün etdikləri duadır. Belə adamlara pulu yalnız Azərbaycanı söyməyə, ölkə daxilində, camaat arasında nifaq salmağa yönələn çıxışlara, vətənə xəyanət yoluna görə verirlər. Ən ağrılısı da budur ki, Sevinc sıradan bir soyadın daşıyıcısı deyil, şəhid Osman Mirzəyevin qızıdır.
Əslində burda başqa bir mövzunu da müzakirə etmək olar. İnsanln öz ata-anasına münasibətdən itələnərək vətəninə, dövlətinə göstərdiyi yanaşma. Bu müraciətə baxın. Anasından imtina edir bu adam. Virtual Suriya modelinin apostrofu. Adını bilmirəm və bilmək də istəmirəm. Amma məlumat verim ki, biləsiniz söhbət nədən gedir. Deməli, şərti olaraq Pavlik Morozov adlandırdığım bu dəliqanlını və ya dəlini, qansızı özündən çıxaran o olub ki, anası ona doğru yolda olmadığını deyib, Azərbaycan əxlaqına, adət-ənənəsinə uyğun olaraq yol göstərib. Deyib ki, südümü sənə halal eləmərəm, Azərbaycan sənin vətənindir, ona dönük çıxma, elə eləmə ki, özümü öldürüm. Vətənə xəyanətlə məşğul olursan. Bu isə ananın layiq görüldüyü cavab.
“Qaldı ki, anam və digərləri də mənə nəysə burda deyirlər ki, özümüzü öldürəcəyik, yandıracağıq və sairə. Öldürürsünüz cəhənnəmə öldürün. Özünüzə də qəsd eliyəcəksinizsə cəhənnəmlik olacaqsınız. Qəsd etsəniz mən heç kimin yerinə gəlməyəcəm, doğma anamsan özünü öldürürsən get öldür, mən sənin yerinə zada gələn deyiləm. Qəsd eiliyirsən cəhənnəmə elə, mənim elə anam yoxdu, elə qardaşım yoxdu, elə bacım yoxdu. Əl çəkin məndən. Mənə zəng eləmiyin. Məni terror eləmiyin. Nifrət eliyirəm hamınıza. Cəmiyyətə nifrət eliyirəm, bu xalqa nifrət eliyirəm, nifrət eliyirəm hamınıza, sağ olun.”
Və bu tək-tük hal deyil. Ərəb baharı texnoloqlarının zombiləşdirmə maşınının çarxı altına düşən bu zəlil insana və onun kimilərə, Azərbaycanın, vətənin və dövlətin başqa bir düşməni Qənimət Zahidin rəhmətlik anasının Əvəz Zeynallıya bir zamanlar verdiyi müsahibədən bir parça göstərəcəm. Xədicə ana oğlu haqqında danışırdı. Qənimət Zahid haqqında danışırdı. Düşmən yox, vətən xaini yox, sadəcə övlad haqqında.
“İndi mənə pul verən yoxdu. Hanı? Qənimət göndərəcək. Göndərirmi? Yox Qənimət mənə pul zad göndərmir. Bəs pulu olsun ki, göndərsin də. Qənimətin də imkanı yoxdu yəqin. Mən nə qayırım. Bəs mən neynim. Mən axı eləmişəm. Bu boyda saxlamışam hamısını belə belə belə belə, sənin boyda. Hamısına da toy eləmişəm.
Ana birinci vətəndir. Çünki biz əvvəl onun içində yaşayır, sonra vətənə köçürük. Biz indi iki əxlaq tərzi, dövlətə və vətənə iki yanaşma modeliylə üz-üzəyik. Bir yanda şəhidə, qaziyə qardaşım deyən, balam deyən Ana Vətən, Ata Dövlətdir! Qarşı tərəfdə isə öz doğma anasına, atasına cəhənnəmə, gora öl, üstünə gəlməyəcəm deyən antidövlət! Məhz belələrinin sayəsində neçə illərdir ki, Misirdə, Suriyada, Liviyada min bir gecə nağılları alma yox, göydən bomba yağdırır. Tırtılları altında dağıdılmış talelər, viranələr buraxan anklar, zirehli maşınlar, üstündə pulemyotlar, qranatamyotlar quraşdırılmış ciplər hərəkət edir. Məhz belələri azad və müstəqil Azərbaycanın küçələrində sürət və təhlükəsizlik rəmzi kimi şütüyən Formula-1 yarışlarını görmək istəmirlər. Gənclər və idman naziri Azad Rəhimovla söhbəti təqdim edirəm. Baxaq, sevinək və fəxr edək ki. Bu sürətlə artıq 10 milyonu da keçdik. Salamat qalın.