Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın başlayıb.
 
Hadisə paytaxtın Babək prospektində yerləşən yataqxana binasında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürələri cəlb edilib.
 
Məlumata görə, yanğın zamanı 45 yaşlı kişi özünü yataqxana binasının 5-ci mərtəbəsindən atıb. 
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, hazırda onun vəziyyəti ağırdır. Yaralı Neyrocərrahiyyə Xəstəxanasına aparılıb.
 
RePost.Az

Baxış sayı: 3827 | Tarix: 10.04.2019
Bizi Telegramda izləyin: @repostaz