“Bakıda 162 məktəbdə baş vermiş hadisə və 2 gün sonra şagirdin ölümü bizim üçün sarsıdıcı oldu”.
 
RePost.Az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov "ASAN" radioya müsahibəsində deyib.
 
Nazir qeyd edib ki, məlum hadisə ilə əlaqədar bir neçə gün öncə Bakı şəhər məktəblərinin direktorları ilə iclas keçirilib. Onlara şagirdlərlə bağlı xüsusi tapşırıqlar verilib: "Məktəb psixoloqu, sinif rəhbərləri fənn müəllimləri fənləri tədris etməklə yanaşı, şagirdlərin psixoloji durumundan da xəbərdar olmalıdır. Bütün bu işlər isə valideynlərlə əlaqəli həyata keçirilməlidir. Valideyn hər zaman sinif rəhbərləri ilə, müəllimləri ilə əlaqədə olmalıdır. Müəllim də valideyni tanımalıdır”, - Ceyhun Bayramov əlavə edib.
 
O bildirib ki, yüksək sosial risk faktoru olan şagirdlərə xüsusi diqqətin göstərilməsi vacibdir: “Bütün bunların edilməsi üçü məktəb kollektivi hər bir şagirdi tanımalıdır. Düzdür, bu, çətin prosesdir. Ancaq hesab edirik ki, valideynlərlə sıx əlaqədə olmaqla bunları etmək mümkündür”.
 
RePost.Az
 

Baxış sayı: 4302 | Tarix: 19.04.2019
Bizi Telegramda izləyin: @repostaz