Binəqədi rayon 4-cü polis bölməsinin rəisi Etibar Balakişiyev Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad olunub.
 
Bakupost.az xəbər verir ki, onun yerinə Nəsimi rayon 20-ci polis bölməsinin rəisi Rahib Mirzəyev təyin edilib.
 
Qeyd edək ki, işdən azad olunan Etibar Balakişiyev uzun illər Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi işləmiş mərhum general Rasim Musayevin yaxın qohumudur.
 
Onu da bildirək ki, E.Balakişiyevin yerinə rəis təyin edilən Rahib Mirzəyev də başqa bir generalın qohumudur. R.Mirzəyev Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin doğma qardaşıdır. O, ötən ilin oktyabrında 19-cu polis bölməsindən 20-ci polis bölməsinə rəis göndərilmişdi.

Baxış sayı: 4207 | Tarix: 26.04.2019
Bizi Telegramda izləyin: @repostaz