"Meydan TV"-nin direktoru, bloqqer Emin Milli internet televiziya ilə vidalaşıb. Bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Lent.az məlumatına görə, bloqqer getmək vaxtının gəldiyini deyib:
“Mən hesab edirəm ki, hakimiyyətdə də, müxalifətdə də, mediada da, QHT-lərdə də olan rəhbərlər 20-30 il ərzində eyni vəzifədə qalmamalıdırlar.
Heç 5 ildən çox eyni vəzifədə qalmaq məsləhət deyil. Bu liderlər öz yerlərini daha gənc, daha bilikli, daha çevik kadrlara verib getmək üçün özlərində cəsarət tapmalıdılar".
Bloqqer bildirib ki, bundan sonra işsiz olacaq:
"İş axtaracam və düşünəcəm ki, Azərbaycan üçün, xalqımız üçün, cəmiyyətimiz üçün necə faydalı ola bilərəm.
Bu dünyada harda işə düzələcəyimnən və ya hansı yeni iş, layihə quracağımdan asılı olmayaraq hər zaman olduğu kimi Azərbaycana, xalqıma, dövlətimə xidmət edəcəm.
İdman, yoqa və meditasiya ilə də hərdən məşğul olacam. Sizə də məsləhət görürəm”.
RePost.Az