Bakıda 1 aya yaxındır evdən qaçan arvadını axtaran Eldar "Səni axtarıram"a üz tutub.
RePost.Az xəbər verir ki, iki körpəsini birgə yaşadığı kişinin üstünə atıb qaçan Məhərrəmova Məhluqədən 6 apreldən xəbər yoxdur.
Ərinin sözlərinə görə, Məhluqə gedərkən evdə olan 10 min manatı da özü ilə aparıb.
"Səni axtarıram"ın əməkdaşlarının araşdırması zamanı Məhluqənin yoxa çıxdıqdan 20 gün sonra "Odnoklassnik" sosial şəbəkəsində evdən oğurladığı pullarla şəkil çəkdirib paylaşdığı məlum olub.
Arvadının paylaşdığı fotoları görən Eldar canlı yayımda stress keçirib. Pulların paylaşıldığı fotoda yalnız əl görünsə də, həyat yoldaşı həmin əlin arvadının olduğunu təsdiqləyib.
Qeyd edək ki, Eldar Məhluqənin üçüncü həyat yoldaşıdır. Məhluqənin üç uşağı var. İki uşağının atası Eldardır, ilk övladı isə əvvəlki ərindəndir.