Astara rayon Səməd Vurğun adına Təngərüd kənd orta məktəbində Azərbaycan bayrağı tərsinə asılıb.
RePost.Az-ın məlumatına görə, bir müddət əvvəl sözügedən təhsil ocağında ədəbiyyat bilicilərinin məkətəbdaxili seçim turu keçirilib.
Astara rayon Təhsil Şəbəsi əməkdaşlarının da iştirak etdiyi seçim turu zamanı dövlət bayrağı imtahan keçirilən otaqda tərsinə asılıb.
Maraqlıdır ki, Təhsil Şöbəsinin Facebbok səhifəsində paylaşılan fotolarda da bayrağın tərsinə asıldığı diqqətdən yaylnıb.
RePost.Az