Güney azərbaycanlı milli-mədəni fəal Əmir Səttari tələbinin məsullar tərəfindən təmin edilməsi ilə bağlı vəd verildikdən sonra aclıq aksiyasını dayandırıb. Bu barədə Əmir Səttari yaxınları ilə əlaqə saxlayaraq məlumat verib.
O bildirib ki, məsullar onun irəli sürdüyü iddialara yenidən baxmaqla bağlı söz verib, bundan sonra iyunun 22-də, 13 gün aclıqdan sonra aksiyanı dayandırmaq qərarına gəlib.
Azərbaycanlı fəalın Kərəcin Rəcayişəhr həbsxanasından yenidən Təbrizin Mərkəzi Zindanına qaytarıldığı bildirilir.
RePost.Az