Gürcüstanın Xarici İşlər Naziri  bəyanat yayıb ki David-Qareci (əslində Keşikçidağ) ərazisində baş vermiş hadisə Azərbaycanla olan strateji əməkdaşlıq münasibətlərinə uyğun deyil. Gürcüstan Xarici İşlər Nazirliyi bazar günü qədim gürcü mağara tipli monastır kompleksi ərazisində Azərbaycan sərhədçiləri ilə gürcü əhalisi arasında baş vermiş hadisəni acınacaqlı insident adlandırmışdır. Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi məlumata  görə, "Gürcüstandan bir qrup Azərbaycan istiqamətində dövlət sərhədini pozub, Keşikçidağ mağara kompleksinin yaxınlığında xidmət edən sərhəd keşik xidmətinə hücum edərək onları təhqir etmişdir". "Təəssüf hissi ilə qeyd edirik ki, bu cür hərəkətlər Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və bunu iki ölkə arasında qarşıdurma yaratmaq üçün təxribat kimi qiymətləndiririk", — deyə Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında bu barədə qeyd olunur. 
 
David-Qarecidə (əslində Keşikçidağ) işləyən bələdçinin verdiyi məlumata görə hadisəyə səbəb Azərbaycan sərhədçilərinin kilsə komplekslərinin birindən icazəsiz ikonaları çıxartmağı olmuşdur. 
 
Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polis rəisinin müavini Teymuraz Kupatadzenin  sözlərinə görə bazar günü yerli əhali, gürcü və Azərbaycan sərhədçilərinin olduğu əraziyə gələrək onların ünvanına təhqirlər yağdırmış və insident baş vermişdir. Bu haqda Xarici İşlər Nazirliyinin saytında qeyd olunur: “Nəticədə dərhal Gürcüstanın aiddiyyatı orqanları insidenti yoluna qoydu və hadisənin təfərrüatları öyrənilməyə başlanıldı”.
 
Nazirlik mübahisəli gürcü – Azərbaycan sərhədlərinin müəyyənləşməsi üzrə təyin olunmuş komissiyanın işinin vacibliyini də qeyd etmişdir: “Bu cür insidentlər ölkələrarası strateji əməkdaşlığa uyğun deyil, biz belə hesab edirik ki, sərhədləri müəyyənləşdirib, qeydə alınması üçün yaradılmış komissiya və ekspert qruplarının görüşləri davam etməlidir ki, buna da gürcü tərəfi tamamilə hazırdır”. 
 
Xarici İşlər Nazirliyi qeyd edir ki, sərhədlər barəsində müvəffəqiyyət əldə etmək üçün sakit şərait lazımdır, məlumatda qeyd olunur: “Provakasiyaya yol verməmək üçün cəmiyyət maksimum təmkinli olmalıdır, sərhədlərin müəyyənləşib qeydə alınması üçün komissiyanın uyğun, sakit şəraitdə iş aparmağı vacibdir”. 
 
Bu yaxında David-Qareci (əslində Keşikçidağ) monastır kompleksinin ərazisində baş vermiş insidentlə əlaqədar olaraq Gürcüstan və Azərbaycan tərəfləri arasında görüş keçirilmişdir. Görüşün sonunda jurnalistlərə Gürcüstan Daxil İşlər Nazirliyinin sərhəd polisi rəisinin müavini Teymuraz Kupatadze bildirmişdir ki, David-Qarecidə vəziyyət sakitdir, yaxın günlərdə vəziyyət əvvəlki ritminə dönəcək. Vətəndaşlar, zəvvarlar və turistlər ərazidə azad hərəkət edə biləcəklər”.
 
Sərhəd ətrafında gərgin vəziyyət aprelin sonunda, Azərbaycan sərhədçiləri gürcü monastrı Udabnoya gedən yolu bir neçə gün ərzində bağladıqları zaman yaranmışdı. Xarici İşlər Nazirliyinin səviyyəsində aparılan danışıqlar nəticəsində yol açıldı, lakin vəziyyət hələ də gərgin olaraq qalır. 
 
Sərhədlərin müəyyənləşməsi üzrə iş aparan komissiyaların birgə işə başlamasından dərhal sonra Azərbaycan tərəfi Keşikçidağa yol salmağa başladı. Danışıqların ikinci günü texnikaları dayandırdılar, amma bu zamana qədər yol artıq demək olar ki, salınmışdı.
 
Bir neçə gün sonra baş verənlərdən hiddətlənən ruhanilər, dindarlar və vətəndaş fəalları mağara kompleksinin ərazisində "David-Qareci Gürcüstandır" şüarı altında yürüş aksiyası təşkil etdilər. Aksiya iştirakçıları bütün Gürcüstanın 
Katolikos - Patriarxı II İlyanın təxribatlara uymamağa dair çağırışından sonra aksiya iştirakçıları dağılışdılar.
 
Gürcüstan hökuməti isə öz növbəsində əhalini emosional çıxışlardan əl çəkməyə və iki ölkə hakimiyyətinə sakit şəraitdə danışıqlar aparmaq üçün vaxt verməyə çağırmışdır.
 
Keşikçidağ nadir alban abidəsidir. O, Tbilisidən 60 kilometr cənub-şərqdə yerləşir və Qarayazı yarımsəhrasının qalıqları boyunca 25 km ərazini əhatə edir. Keşikçidağ məbədi - Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban  məbədidir. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Kompleks qayalarda 20-yə yaxın olan yonulmuş daşlardan ibarətdir. Kompleks ərazisindəki bir çox kilsələrdə VIII-XIV əsrlərə aid hazırlanmış freskalar qorunub saxlanılmışdır. 
 
Keşikçidağ kompleksinin Azərbaycanın nəzarətində olan hissəsi, eləcə də Udabno monastrı dağın cənub-qərb yamacında yerləşir. 
 
Azərbaycanın tarixçiləri bu məbəd kompleksinin ərazisini Keşikçidağ adlandırırlar və onu "Azərbaycanın daş yaddaşı" hesab edirlər. Onların iddialarına görə, kompleks Qafqaz Albaniyasının tarixinə aiddir. 
 
Qruzinform  qeyd edir ki, Gürcüstan-Azərbaycan sərhədində baş verən acınacaqlı hadisədə dəyirmana su tökməklə ölkələrimiz arasındakı strateji əməkdaşlıq münasibətlərinə zərbə vurmağa çalışan Saakaşvilinin partiyasıdır. Qruzinformun gəldiyi qənaətə görə Azərbaycanın və 300 mindən artıq azərbaycanlının yaşadığı Gürcüstanla dostluq ruhuna zidd olan bu insidentin tədqiqatının nəticəsi Saakaşvilinin partiyası “Milli hərəkat”a və onun bölmələri olan “Avropa Gürcüstanı partiyası”nın təşkil etdiyi gürcü müxalifətinə gətirib çıxaracaq. Qruzinform həmçinin qeyd edir ki, Saakaşvilinin döyüş dəstələri David Kasaravanın “Güc birlikdədir” – işğal əleyhinə olan hərəkatı kimi, Sxinvalidən gürcü-Azərbaycan sərhədinə yerləşdirilmişlər. Beləliklə də, onlar David-Qareci monastr kompleksinin ərazisi ətrafında onsuz da gərgin olan vəziyyəti bir az da gərginləşdirirlər.       
 
Lakin qeyd etmək lazımdır ki, əslində “vətənpərvər – ictimaiyyətçi” maskası altında gizlənən və özlərini gürcü kimi təqdim edən məhz erməni separatçılarıdır. Onlar Keşikçidağla bağlı insidentdən istifadə edərək Gürcüstan-Azərbaycan münasibətlərinin pozulmasına çalışırlar. Onlar hər yerdə birmənalı olaraq pozuculuq fəaliyyəti ilə məşğuldurlar. Buna misal olaraq Axalkələk rayonunun Buqaşen kəndində erməni başkəsəni olan Mixail Avakyanın heykəlinin qoyulmasını göstərmək olar. Digər bir tərəfdən necə ki, Şida Kartlidə olduğu kimi, hər dəfə tikanlı məftillərin yaxınlığından keçən səsküylü aksiyalar Sxinvali tərəfdə yerləşən rus sərhədçilərini hərbi hazırlığa təhrik edirdi və nəticədə isə gürcü kəndlilərinin həbsinə səbəb olmuşdu. 
 
Kamal Salayev
AMEA–nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi
 

Baxış sayı: 4910 | Tarix: 23.07.2019
Bizi Telegramda izləyin: @repostaz