Türkiyədə yayımlanan evlilik proqramında iştirak edən azərbaycanlı Naz Milanın keçmiş nişanlısı Baha Selenbaş bir neçə gün öncə baş verən qalmaqala aydınlıq gətirib.

 
RePost.Az-ın məlumatına görə, o, instagram səhifəsində yaydığı videoda yumruqla sifətinə vurulduğunu və bununla bağlı ekspertizadan sənəd alaraq lazımı yerlərə şikayət etdiyini deyib. Eyni zamanda o, Dənizin avtomobilinə ciddi ziyan vurulduğunu, baş verən olayla bağlı Nazın açıqlamalarına inanmamağı tövsiyə edib. Baha, videoda kim tərəfindən vurulduğunu açqılamayıb. Amma çox güman ki, o, Naz üçün evlilik proqramına qatılan azərbaycanlı model Əli Əkbərlə aralarında baş verən qalmaqaldan danışır. 
 
Qeyd edək ki, bir neçə gün öncə Star telekanalında yayımlanan "Zuhal Topalla izdivac" evlilik proqramında yeni sevgilisi Əli Əkbərlə birlikdə rəqs edən Nazı qısqanan Baha, efir bitdikdən sonra taksiyə əyləşmək istəyən qıza hücum edib. Təhlükəsizlik əməkdaşları məsələyə müdaxilə edincə dava daha da böyüyüb.
 
Bir müddət sonra digər bəy namizədlər də davaya müdaxilə edib. 30-40 nəfərlik insident polis bölməsində yekunlaşıb. 
 
RePost.Az


Baxış sayı: 3485 | Tarix: 18.01.2017
Bizi Telegramda izləyin: @repostaz