Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi azad edilib.
 
RePost.Az xəbər verir ki, Seymur Həzi həbs müddətinin başa çatması ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.
 
AXCP Rəyasət Heyətinin üzvü olan Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. 
 
O, Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. 

Baxış sayı: 4245 | Tarix: 29.08.2019
Bizi Telegramda izləyin: @repostaz