Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.
 
RePost.Az xəbər verir ki, Respublika Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu gün Daxili İşlər naziri Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, İdarənin Ekoloji Nəzarət Bölüyünün komandiri, polkovnik-leytenant Fuad Mayılov tutduğu vəzifədən azad edilib.
 
V.Eyvazovun digər əmrinə əsasən, o, Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 
 

Baxış sayı: 4207 | Tarix: 04.09.2019
Bizi Telegramda izləyin: @repostaz