Ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq sədri Vurğun Əyyub vəfat edib. Mərhum bu gün Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında dəfn olunub. 
 
Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Azərbaycan milli-azadlıq hərəkatının fəallarından, AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib. V. Əyyub 1992-ci ildə Azərbaycanda ilk dəfə test üsulu ilə tələbə qəbulunun keçirilməsini təmin edib.
 
O, 2014-cü ildə Müsavat partiyasının Məclis üzvlüyündən çıxarılıb. 2015-ci ildə Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin 1-ci müavini seçilib. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan Vurğun Əyyub bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir.
 

Baxış sayı: 4435 | Tarix: 24.09.2019
Bizi Telegramda izləyin: @repostaz