Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
 
RePost.Az-ın məlumatına görə, BŞİH-də müraciətə baxılıb və mitinqin Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib.
 
Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.
 
RePost.Az

Baxış sayı: 4131 | Tarix: 26.09.2019
Bizi Telegramda izləyin: @repostaz