Novruz Məmmədovun Baş nazir vəzifəsindən istefasının səbəbi açıqlanıb.
 
RePost.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
 
Rusiya agentliyinin Azərbaycan hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə, Novruz Məmmədov təqaüdə çıxması ilə əlaqədar bu addımı atıb.
 
Qeyd edək ki, Novruz Məmmədov 2018-ci ilin 21 aprelindən Baş nazir vəzifəsini tuturdu. Onun yerinə Əli Əsədov təyin olunub.
 

Baxış sayı: 4568 | Tarix: 08.10.2019
Bizi Telegramda izləyin: @repostaz