Əli bəy, (Bəy deyirəm, çünki, mən sizin azsaylı tərəfdarlarınızdan fərqli olaraq rəqibə, əks düşüncəli insanlara da hörmət qoyulmasının tərəfdarıyam - red) ümidvaram ki, bu suallara nəzarətinizdə olan sosial şəbəkələrdə və ya saytlarda cavab verəcəksiz. 
 
İqtidarı rüşvətxorluqda, korrupsiyada, qeyri-şəffaflıqda ittiham edirsiz. Tələb edirsiz ki, məmurlar öz gəlirləri barədə açıqlama versinlər. Bəs siz özünüz gəlirləriniz barədə açıqlama vermisiz? 1993-cü ildən bu yana işləmirsiz. Partiyanızın da o qədər üzvləri yoxdur ki, deyəsiniz üzvlük haqqından yığılan pullarla dolanırsız. Desəniz də, bu, yəqin bilirsiniz ki, inandırıcı olmayacaq. Oğlunuz Londonda ən bahalı məktəbdə təhsil aldı. Həm də ödənişli əsaslarla. Ən azı onun təhsilinə, qalmağına 1 milyona yaxın funt-sterling xərcləmisiz. Bunu sizin öz yaxınlarınız deyir. Hazırda da ailəniz Londonda yaşayır. Kiçik oğlunuz Londonda təhsil alır. Hansı pullarla? Siz bunu niyə açıqlamırsız? 
Açıqlamayacaqsız da... Çünki əldə etdiyiniz pullar qeyri-leqal yollarla gəlir. Gəlirlərinizi leqallaşdırıb vergisini ödəmirsiz. Şəffaflıqdan, korrupsiya ilə mübarizədən, demokratiyadan danışırsız, özünüz dediklərinizə əməl etmirsiz. 
 
Niyə?
 
Çünki aldığınız pulların təyinatı qaranlıqdı. 
 
İrandan, birbaşa Xamneyidən sizə pul gəlir. Nəyə görə? Yoxsa fars molla rejimi Azərbaycanda demokratiyaya qatqıda bulunmaq istəyir? Əlbəttə ki, yox. Onlar sizdən, həmin vəsaitin qarşılığı olaraq Nardaran hadisələrinə görə həbs edilən terrorçuları, Taleh Bağırzadəni, Gəncədə terror aksiyası həyata keçirən Yunis Səfərov kimi terrorçulardan,  qulbeçələrindən “siyasi məhbus” qayırmağınızı tələb edir, siz də qayırmağa çalışırsız. Öz lideriniz Elçibəyin amallarına, ideallarına xəyanət edirsiz.
 
Hər qayırdığınız “siyasi məhbus” başına Ramis Yunus vasitəsi ilə erməni diasporasından, Azərbaycana qarşı anti-patiyası olan  Avropadakı fondlardan və fond rəhbərlərindən pul alırsız. 
 
Hələ Rusiyada bazarlarda günəmuzd işləyən avam, sadəlövh insanları tora salıb, hərəsinə bir vəzifə vəd etməklə yığdığınız pulları demirəm. Yəqin ki, ətrafınızdakıların bir çoxu bu günlərdə baş tutan məhkəmə prosesindən Rusiyanın müxtəlif şəhərlərində insanları aldadıb əldə etdiyiniz pulların məbləğindən xəbər tutdular. Bazarda katof, göyərti, mer-meyvə satan insanlardan yığdığınız pulları kimə xərcləyirdiz? Bunun hesabatını vermisiz?
 
Bunu çevrənizdəki nə qədər insan bilir? 10 manat verib piketdə, aksiyada iqtidarı, polisi söydürdüyünüz şəxslər bilirmi? Niyə onlara açıqlamırsız bunları? 
 
Aldığınız 100 minlərlə avro, dollar qarşılığında yaxın ətrafınızdakı partiya rəsmilərinə - sədr müavinlərinə 200-300 manat civarında maaş verirsiz. İllərdir bu rəqəm dəyişmir. Halbuki özünüz ölkədə əmək haqlarının artırılmasını tələb edirsiz. Ağıllı insanların bir sözü var. Nəyi isə dəyişmək istəyirsizsə, özünüzdən başlayın. Əvvəl özünüzü dəyişin, düşüncənizi dəyişin, o zaman ölkədəki dəyişiklikləri də görəcəksiz. 
 
Aydın Baxış
 

Baxış sayı: 5176 | Tarix: 17.10.2019
Bizi Telegramda izləyin: @repostaz