REAL Təhlil və İnformasiya Mərkəzindəyik. Xüsusi buraxılışımız var.

Dahi Xudu Məmmədovun dəfnindən bu gün düz 31 il ötdü. Oktyabr ayının 16-sı. 1988-ci ildə, Azərbaycan Xalq Cəbhəsinin yaranmasının müzakirə edildiyi zirzəmidə onun bağrını cahillər çatlatdı. Amma buna qədər Xudu Məmmədov onu çərlədənlər, əhədini kəsənlər haqqında bir dəfə belə demişdi: bədənin hər üzvünün öz vəzifəsi var, Siz onlara beyin kimi öyrəşə bilmirsinizsə, dərd etməyin, peyin kimi yanaşın.” Nurəddin Rzayev isə o zaman “ Xudu müəllim, yaxşı ki, bağırsaq həkimi deyiləm! Yoxsa bunların üfunəti bağrımı çatladardı” demişdi! Və tale elə gətirdi ki, böyük alim Nurəddin müəllimin yox, dahi Xudu Məmmədovun bağrı çatladı. Cəbhədə həlak olmuş ilk ideya şəhidiydi o. Xudu Məmmədov.

Qaragüruh həmişə belə olub. Yalnız çərlədiblər. Yalnız dağıdıcılığa qadir olublar. Ağıllıları, savadlıları sevməyiblər. Onlardan itələniblər. Rədd ediblər. Xislətləri belə olub ki, xalqa və dövlətə nifrət ediblər. Xalqa ona görə nifrət ediblər ki, xalq onların ardınca getməyib, dövlətə isə ona görə nifrət ediblər ki, dövlətin nə olduğunu, mahiyyətini anlamaq qədər savadlı olmayıblar. Həmişə də deyiblər, qaradan artıq rəng olmaz! Ona görə artığının dalınca getməyiblər qara kütlə olaraq qalıblar. Əvvəlcə silaha-sursata yiyələniblər. Sonra öz silahlı qüvvələrini yaradıblar, sonra onların adını özünümüdafiə batalyonları qoyublar. Və bu batalyonlar elə özünü müdafiə batalyonları olub, onların özlərini qoruyub. O silahlı qüvvələrin başında özləri dayanıb. Siyasi məqsədlərinə çatmaq istəyəndə silahlarını götürüb cəbhəni boş buraxıb faktiki olaraq mövqeləri tərk ediblər. Xocalıdan çıxıb Əlif Hacıyevin dəstəsini düşmənlə tək qoyublar. Xocalının məğlubiyyətində iştirak edib Mütəllibovu hakimiyyətdən kənarlaşdırıblar. Sonra Şuşadan, Laçından öz silahlı qüvvələrini, nəzarətləri altında olan hərbi birləşmələri çıxarıblar və nəticədə hakimiyyətə yenidən asi olub, Yaqub Məmmədovu deviriblər.

1993-cü ildə Ali Baş komandan Elçibəy də daxil olmaqla bütün iqtidar siyasi və hərbi fərarilik edib, dövlət xəcalətliləri o zaman Heydər Əliyevin sayəsində xalqın gözü qabağında edam edilməkdən canlarını qurtarıblar. Amma Ayaz Mütəllibovu, Yaqub Məmmədovu devirmək üçün istifadə etdikləri taktika Heydər Əliyevlə keçməyib. Özlərinin dəvət etdiyi şəxsə belə mane olmaq, onu da devirmək üçün nəzarətlərində olan silahlı qüvvələri, 6 rayondan geri çəkiblər, erməni silahlı birləşmələrinə faktiki olaraq pas veriblər. Amma xalqın iradəsi öz sözünü deyib. O başa düşüb ki, burda hiylə var. Nəyin bahasına olursa olsun, Heydər Əliyevi qorumaq lazımdır. Və qoruyub. Dedik axı. Ən zəruri anlarda dövlətə arxadan bıçaq vurublar. Əsrin Müqaviləsinin imzalanması ərəfəsində dövlət çevrilişi etmək üçün planlar qurublar. Bundan bir şey çıxmadığını görüncə, imzalanmadan iki həftə sonra çevrilişə cəhd ediblər. 1994-cü ilin oktyabrında. Uduzublar. Əliyev xalqı meydanlara çağırıb. Təpədən dırnağa silahlı dəstə 1995-ci ilin martında tam darmadağın edilib. Bununla da özünümüdafiə dəstələri adı altında yaradılmış, əslində isə revanşistlərin nəzarətində olan və dövlət üçün həmişə təhlükə mənbəyi olan silahlı birləşmələrin sonuncusu və ən ciddisi sıradan çıxarılıb.

Bütün bunları niyə sadalayıram: ona görə ki, hər dəfə Azərbaycan xüsusi əhəmiyyətli hadisələr ərəfəsində olanda qaragüruh işə salınır. O zaman silahları var idi, silahlıları var idi. Ona görə də onlar işə salınırdı. İndi yenə də ortada həmin qruplardır, həmin güruhdur. Silahları o qədər deyil, amma dövlətin uğurlu günündə əli bıçaqla ortaya çıxırlar. Gəncə Avropa gənclərinin paytaxtı olur, onun polisinə isə mövhumatın qılıncı qalxır. Buyurun. Bu günlər Bakı Bütün Türk dünyasının paytaxtı statusunda çıxış edir. Azərbaycana gələn ali qonaqlar əsrarəngiz bir heyrətə çıxıb gediblər. Bakı bütün Avropada ən gözəl şəhərlərdən biridir. Dünyaya düşüncə və adət, din və mənəviyyat çoxçeşidliyinin geniş plasdarmı kimi tanınan Azərbaycan multikulturallığı, bəşəri kübarlığı ilə özünü təqdim edir. Bax bu zaman qaragüruh ortaya çıxır. İcazəsiz piket, icazəsiz mitinq, icazəsiz aksiya tələbilə! Necə ki, avroviziya yarışması, avropa oyunları, islam ölkələrinini həmrəyliyinin nümayişi olan tədbir, formula 1-in keçirildiyi ərəfədə oxşar əngəlkələflərlə ortaya çıxmışdı. Azərbaycanın dövlət olaraq qazandığı bütün uğurlara bir bədxah gözü qoyan qaragüruh bu ölkəni ərəb inqilablarının xarabazxara çevirdiyi yerlərə çəkir. Bəzən sadədil suallar verənlər də tapılır. Axı niyə? Axi nə üçün? Axı nədən ötrü məsələn Əli Kərimli, Cəmil Həsənli və onlar kimilər azərbaycanı dağıtmaq istəsin?! Sualın cavabıl aydındır. Eyni sualı bu yaxınlaradək eyni senarilə işləyən ərəb güruhbaşılarının ünvanına sadə ərəblər də verirdilər. Suriyada, Liviyada, Misirdə. Bir qrup sosial narazının mənəvi-psixoliji vəziyyətindən sui-istifadə edərək ölkədə çaxnaşma yaradan və bunun müqabilində aldığı qonorarı pənah apardığı xarici ölkələrdə xərcləyən ərəb inqilabçılarının haqqında bilirsiz nə qədər sənədli filmlər var. Az-çox sabitlik hökm sürən, inkişaf edən, öz adət-ənənəsinə, mental dəyərlərinə uyğun hakimiyyət sistemləri quran və bununla da məxsus olduqları dövləti xalqı qoruyan ölkə liderlərinə qarşı aparılan total mübarizə onunla nəticələndi ki, adlarını çıkdiyimiz müsəlman ölkələri viranəyə döndü.

O ölkələrin əli kərimlisi sevinc osmanqızı və qənimətləri bu gün də okeanın o tayında bu tayında azadlığa bayquş nəğmələri oxuyur. Oktyabr ayının 19-a mitinq təyin edən qaragüruh da eynilə ərəb həmkarlarının senarisilə hərəkət edir. Bu adamlar qanunla onlara ayrılan yerə getməkdən boyun qaçırırlar. Baxmayaraq ki, ayrılmış ərazi aksiyanın keçirilməsi üçün əlverişlidir. Səliqəlidir. Heç kəsə mane olmayacaq qədər münasibdir. Amma qaragüruh və onun başı Əli Kərmli konkret olaraq münaqişəyə təhrik edir, qarçıdurmaya çağırır. Onlar paytaxtın elə yerlərini , məsələn tən mərkəzi hissələrini tələb edirlər ki, orda kütləvi aksiya keçirmək düzgün və mümkün deyil. Öz zəifliklərini gerçək olmayan iddialar altında ört-basdır etmək istəyirlər. Əslində isə onlara nişan verilən əraziyə getməkdən ona görə boyun qaçırırlar ki, aparıb mənzil başına çatdırmağa kontingentləri yoxdur.. Həm də onlar kütlədən də özlərinə qalxan kimi istifadə edirlər. Məsələn, mən Sizə Əlo Kərimlinin piketə niyə getməməsinin səbəbini öz dilindən təqdim etmişdim. Bir də baxaq.

Bu isə onun təmsilçilərindən biridir. Amma Əlidən daha səmimidir. Çünki o Lökbatana getmək istəməməsiinin səbəbini doğrudan, gerçəkdən etiraf edir.

İndi isə Əmirov Ruslan Təhməz oğlunu eşidək. 1982-ci ildə Masallı rayonunda anadan olub, AXCP sədrinin mühafizəçisi, ən yaxın və etibarlı əlaqəçilərindən biridir. Partiya daxilində xüsusi fəallığı ilə seçilir. Güruhun tanınmışlarındandır. Mitinqlərin təşkilati işlərində və partiyaya yeni üzvlərin cəlb olunmasında fəal iştirak edir.

Qardaş, icazə vermirlər, verməsinlər qoy, bunu tək camaat görmür ki, bizə camaatın, kül o gözü kor olan camaatın başına, camaat cəhənnəmə görsün, pox,.., oğraşlar. icazəsizə gələcəklər? Başıma dönərlər gələrlər. Dünya baxır...

Səsyazısından aydın görünür ki, Ruslan əsəbidir. Qəzəblidir və bilir ki, icazəsiz aksiyaya gəlməyəcəklər. Hirsini də təhqir etdiyi insanların üzərinə tökür. O insanların ki, mitinqə gəlmələri və Əliyə dəstək vermələri lazımdır.

İndi isə yenidən Əli Kərimlinin məsuliyyət hissinə münasibətini faş, daha doğrusu ifşa edən bir parçanı Sizə təqdim edirəm.

İndi isə Əli Kərimlinin ümumiyyətlə məsuliyyət hissinə münasibətini faş, daha doğrusu ifşa edən çıxışını yenidən szə təqdim edirəm.

Budur bütün məsələ. Adam məsuliyytədən həmişə yayınıb. Tanıdığımız bütün dövrlərdə. Bu günki kimi. Əslində isə hər şey çox sadədir. Qara güruhun bütün dağıdıcı və cahil mahiyyətinə baxmayaraq hakimiyyət orqanları onlara bu yaxınlarda piket keçirməyə sanksiya verdi. Amma 50 nəfəri toplamaq və idarə etmək iqtidarında olmayan güruh göstərdi ki, bu testdən çıxa bilmədi. 50 nəfərlik aksiyanı qorumaq gücündə olmayan, onun sayını və hərəkətini nəzarətdə saxlaya bilməyən əzələ müxalifəti dərhal cığallıq etdi. Peşə borcunu yerinə yetirən polis əməkdaşlarının nəzakəti qarşılığınnda qaba davrandı, hətta yolundakı zibil qablarını belə açırmaqdan çəkinmədi. Bu insanların mitinq yox, icazəsiz aksiya keçirmək istəyi var və bu istəyin də kökündə toqquşma yaratmaq, Azərbaycanda iğtişaşlara başlatmaq, sonra isə ərəb baharı senarisinə uyğun olaraq dövləti uzunmüddətli vətəndaş qarşıurmalarına qərq etmək. Səbəb? Niyə? Nə üçün? Bu sualı Liviya inqilabından 4 ay sonra Liviyanın tanınmış iqtisadçısı Bin Saad da verirdi. O öz sualına cavabı tapanda artıq gec idi. Amma maraqlı idi. İğtişaş anı ərəfələrində Liviya inkişafının ən sürətli və səmərəli məqamlarını yaşaıyrdı. Təsəvvür edirsiz? Bu gün Siz Prezident İlham Əliyevin 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları və 2020-ci ilin dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı etdiyi çıxışı dinlədiniz.

Qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və bu nəticəylə biz dünyada doqquzuncu yerdəyik. Bu bütün dünyada ən qabaqcıl yerlərdən biridir. İnflyasiya 2 faizdən bir qədər çoxdur. Baxmayaraq ki, milyardlarla manat kütləsi bazara daxil oldu vıə olmaqdadır. Minimum pensiyanın alıcılıq qabiliyyəti səviyyəsinə görə Azərbaycan MDB məkanında birinci, orta aylıq pensiyanın həcminə görə isə 3-cü yerdədir. Sitatların sonu. Və bu Azərbaycanı Liviyaya çevirmək istəyən qüvvələrin, onların içimizdəki desantlarının planına uyğun deyil. Qaragüruhun aqressiv fəallığının bir səbəbi də islahatlardır. Prezidentin islahatlar kursunu elan etməsilə eyni zamanda güruh bu islahatlara əngəl olmaq mexanizmini işə saldı. Bu kiməsə lazımdır. Amma bu kimsə heş bir halda müstəqil dövlət kimi əvəzsis milli sərvətə sahib olan Azərbaycan xalqı deyil. Prezident hər dəfə islahatların dərinləşəcəyinin, daha ciddi sosial proqramların icra ediləcəyinin anonsunu edir və bununla eyni vaxtda, ya da təxminən eyni vaxtda güruh da öz dağıdıcı mahiyyətinin anonsunu verir. Mitinqə icazəni biz istəyən yerdə verəcəksiz. Verməsəniz öz istədiyimiz yerdə keçirəcəyik. İcazəsiz aksiyalara başlayacağıq. Dövlətlə ultimatum dilində danışmağa başlayanlar deyəsən qanunun sərt üzünü çoxdandır görmürlər. Əlbəttə, polis hansısa yaşlıya su verə, hansısa qoca qadının qolundan tutub yol keçirə bilər. Amma polisin əxlaqıdı bu, vəzifəsi bu deyil. Polis əməkdaşının vəzifəsi ilk növbədə asayişi qorumaqdır. Azərbaycana öz vətəndaşıyla necə rəftar etməli olduğunu tövsiyə edən Avropa qanunsuz aksiyaların qarşısına gül çiçəklə çıxmır.

Kimsə mitinq keçirmək istəyir. Bu onun haqqı ola bilər. Amma mənim də o mitinqin keçirilməsini istəməmək kimi bir haqqım var. Və əminəm ki, mənim kimilər milyonlarladır. Qaragüruh müxtəlif beynəlxalq layihələrin oyunçuları və detallarıdır. Qaragüruh və ətrafındakılar öz niyyətlərinə çatmaq üçün dövlətin, xalqın taleyini risk altına atmaqdan belə çəkinməyiblər. Primitiv, kirli, savadsız, cahil olublar. Həm bədən tərbiyəsindən, həm vətən tərbiyəsindən əziyyət çəkiblər. Çatmayıb. Çatışmayıb. Düz 1989-cu ildən bu qara şüuru azərbaycanlı mentallığına sırıyırlar. 1992-ci ildə təsadüfən, bir ümumxalq xətası və ya səhvi nəticəsində hakimiyyətə gələn bu insanlar milli protest nəticəsində rədd ediləndən sonra uzun müddət tarixin dibinə qısılıb qaldı. Baş Prokuroru Ali Baş komandanın həbsinə sanksiya verən, Kənd Təsərrüfatı naziri terrorçu zərəsizləşdirməyə ezam edilən, Parlamentinin sədri Daxili İşlər nazirinə göstəriş verən, Prezidenti dövləti qoyub qaçan, Dövlət katibi isə Dövlət katibəliyi edən güruh idarəçiliəri onların bədnam fəaliyyətlərini xatırlayanların artıq qocaldıqlarını, yaddaşsılaşdıqlarını düşünür. Yenilər doğulub. Gənclər, yeniyetmələr o siyasət defektlərinin keçmişindən xəbərsizdirlər. Onları aldatmağa nə var anlayışınıın daşıyıcıları qarşılarındıkının siyasət Xlestakovu olduqlarını hələ ki dərk etmirlər. Bu məsum, qanunun sərt üzünü hələ ki görməmiş, dövləti alicənablığın, mərhəmətin duzuna hələ ki gedən təcrübəsizlərə, qaragüryhbaşı Əli Kərimli kimi çənə gimnastının, populistin, siyasətə əslində dəxli olmayan bir marginalın boşboğazlığı maraqlı görünə bilir. Özünü Milli Şura adlandıran bir oyuncaq qurumun xalis antimilli mahiyyəti bütün miqyasıyla ortadadır. Milli Şura öz ənənəsinə uyğun davranır.

Burada təmsil olunanlar dövlətin mühüm tədbirləri ərəfəsində əslində mahiyyətcə nədən ibarət olduğunu ortaya qoyur. Bu gün də belədir. Dövlətin hədəflərinə baxaq. Qarabağ uğrunda həlledici mücadilə. İdeoloji və hərbi üstünlüyün etibarlı beynəlxalq təbliğat və dünyanı öz haqlıllğına inandırmaq yolu ilə möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpa ediləmsi üçün daha ciddi şərait və tərəfdaşlara nail olmaq. Öz sabitliyilə dünyanın bütün dövlətlərinin təhlükəsiz və etimad dolu görüş yerinə çevrilməklə Bakını dünyanın bütün qərar sahibi olan ölkələrinə tanıtmaq. Türk Dövlətlərinin mərkəzinə çevrilmək. Güclü və etibarlı olmaq. Dövlət bunu istəyir. Prezident bunu istəyir. Bəs onlar nə istəyir? Baxın. Onlara bu lazımdır!

Azərbaycan xalqı öz müstəqil dövlətini ona görə qazanmayıb ki, onun tarixi taleyini bir-iki siyasi dəmdəməkinin, başı 89, ayağı 90, iştahı 92-ci -ci il razmerində qalan məsuliyyətsizlər yiğınınının nazı ilə baş-başa buraxsın! Azərbaycan bizə vətən kimi çox əzizdir. Amma onun vətən olması üçün dövlətimiz var. Dövlət isə vətənin üzəruinə qalxan əli kəsməyə borcludur.


Baxış sayı: 4188 | Tarix: 17.10.2019
Bizi Telegramda izləyin: @repostaz