Milli Şuranın bu gün saat 15:00-da Metronun "28 may" stansiyasının qarşısına təyin ediyi icazəsiz mitinq təxirə salınıb.
RePost.Az xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində məlumat yayıb.
Kərimlinin səhifəsidnə paylaşdığı şəkildə mitinqin təxirə salındığını, növbəti vaxtın və yerin yaxın saatlarda elan ediləcəyi qeyd edilib.
Qeyd edək ki, bundan öncə də Əli Kərimli mitinqin təxirə salınması ilə bağlı status paylaşıb. O həmin statusda mitinqlə bağlı həbslər və təxribatların olacağı haqqında informasiyalar aldığını, ona görə də aksiyan;n baş tutmayacağını elan edib.
Lakin bir müddət sonra izləyicilərinin tənqidi şərh və təhqirlərinə görə statusunu və şəkili silib.
Amma təxminən bir saat əvvəl Əli Kərimli və Milli Şurasının digər üzvlərinin Facebook səhifələrində mitiqiqn yerinin və vaxtının dəyişdirilməsi ilə bağlı posterlər yayıləb. Həmin elanlarda Əli Kərimli və digərləri tərəfdarlarını Bakı şəhər İcra Hakimiyyətinin mitinq üşün ayırdığı Lökbatandakı stadiona dəvət ediblər. Onlar bu qərarlarını metro stansiyalarının bağlanması ilə izah ediblər.