Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ə.Ş.Həsənovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 
 
RePost.Az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 
Prezidentin sərəncamında belə deyilir: 
 
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
 
1. Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.
 
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".
 
Prezidnetin digər sərəncamı ilə Hacıbala Abutalıbov da baş nazirin müavini vəzifəsindən azad edilib.

Baxış sayı: 4397 | Tarix: 21.10.2019
Bizi Telegramda izləyin: @repostaz