2008-ci ildən başlayaraq dünyada qlobal maliyyə-iqtisadi böhranlara, kataklizmlərə, müxtəlif ölkələrdə və bölgələrdə qanlı vətəndaş qarşıdurmalarına, münaqişələrə, müharibələrə şahidlik etməkdəyik. Baş verən bu proseslər bütün dünya ölkələrinə olduğu kimi Azərbaycana da az da olsa öz mənfi təsirlərini göstərir.
 
Ancaq Azərbaycanın bəxti  onda gətirib ki, Respublikaya İlham Əliyev kimi müdrik, uzaqgörən, beynəlxalq aləmdə baş verən prosesləri dərindən analiz edib, bundan dövlətimiz, xalqımız  üçün doğrusu olanı, daha az ziyanlı olanını seçmək, qlobal çağırışlara uyğun  zamanını qabaqlayan adekvat addımları atmağı bacaran, ölkəmizin  sabitliyinə,  davamlı inkişafına, uzaqgörən hədəflərə malik bir lideri var. Məhz onun liderliyi sayəsində  Azərbaycan  dünyada baş verən bu böhranlardan, kataklizmlərdən maksimum dərəcədə yan keçərək  bir “sabitlik adası” ölkəsi olaraq bölgədə inkişaf edir,  hədəflərinə doğru inamla irəliləyir.  Ölkə başçısının yürütdüyü düşünülmüş, hədəflərə hesablanan siyasəti nəticəsində ölkə  təkcə ölkə iqtisadiyyatı inkişaf etməyib,  bununla paralel olaraq əldə edilən gəlirlər ölkə əahlisinin  daha yaxşı yaşamasını təmin etmək, onların sosial problemlərinin həlli istiqamətində yönəldilib. Məqsəd isə  Azərbaycanın dünyanın ən inkişaf ölkələrindən birinə çevrilməklə, sosial, vətəndaşın  məmnun yaşadığı bir ölkəyə çevrilməsidir.  2018-ci ildə keçirilən prezident seçkilərindən sonra Prezident İlham Əliyevin əsas hədəfi  Azərbaycanın qısa zamanda sosial bir dövlətə çevrilməsinə nail olmasıdır və fəaliyyətini də bu istiqamətdə qurub. Bu məqsədlə ölkədə sosial, iqtisadi, idarətmə, siyasi, həmçinin digər  sahələrdə kompleks  dərin islahatlara start verib və bunu uğurla davam etdirməkdədir.  Bununla yanaşı, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha artırmaq və mövqeyinin möhkəmlənməsinə, dövlətimiz, xalqımızın qarşısında duran ən ciddi Qarabağ münaqişəsinin həllinə nail olmaqdır.  Azərbaycan Prezidenti  yuxarıda sadaladığımız istiqamətlər üzrə   yürütdüyü siyasət nəticəsində ciddi uğurlar əldə etməkdədir.
 
Son il yarımda iqtisadi-sosial, effektiv idarəetmə sahəsində həyata keçirilən islahatlar nəticəsində  vətəndaşlaırn nəinki pensiyaları, əməkhaqqıları, sosial müavinətləri,  eyni zamanda cəmiyyəti narahat edən digər  ciddi sosial problemlər öz həllini tapıb. Azərbaycanın   dünyada artan nüfuzu daha da möhkəmlənib.   Prezident İlham Əliyevin  qlobal çağırşalara zamanında adekvat reaksiya verərək qabaqlayıcı addımları nəticəsində  dünyanın təkcə  neft-qaz qovşağına deyil, o cümlədən  digər kommunikasiya və logistika qovşağına çevrilə bilib. Azərbaycan  dünyanın  problemlərinin həll edildiyi  bir dialoq  mərkəzinə çevrilib. Azərbaycan bir sıra beynəlxalq  və regional təşkilatlara rəhbərlik etməyə başlayıb və beynəlxalq səviyyəli tədbirlərə, yarışlara yüksək səviyyədə ev sahibliyi edib. Uğurları sadalamaqla bitməz. Təbii ki, Azərbaycanın bu uğurları dostlarını sevindirdiyi kimi düşmənlərini, istəməyən qüvvələrin yuxusunu ərşə çəkib. Onlar  Azərbaycanın bu uğurunu həzm edə bilmir və hər   vasitə  ilə  dayandırmağa və ölkəni geriyə sürükləməyə çalışırlar. Bu anti-Azərbaycan qüvvələrə istənilən imkanda istər beynəlxalq təşkilatlarda  ölkəmiz əleyhinə, onun imicinə zərbə vuran hərkətlərə əl atırlar.   Lakin ölkə başçısının yürütdüyü  düşülünmüş və belə addımnları səsrəsizləşdirmək qabliyyətinə malik siyasəti nəticəsində həmin qüvvələrin niyətləri hər dəfə puça çıxıb. Buna baxmayaraq düşmənlər yerində  sakit durmayaraq ən müxtəlif vasitələrdən Azərbaycandakı əlaltəları olan radikal müxalifətdən istifadə etməklə, ölkədə çaxnaşma, qarşıdurma yaratmaq  planlarını həyata keçirməyə çalışırlar.  Anti-milli və anti-Azərbaycan qüvvələr ölkədə keçirilən islahatlalra kölgə salmaq, onları durdurmaqla  çaxnaşam yaratmağa çalışırlar. Bu məqsədlə qanunların tələbinə uyğun olaraq  onlara ayrılan yerdlərdə aksiya keçirməkdən imtina edib, məqsədli şəkildə təxribat törətmək, vətəndaş qarşıdurması yaratmaq üçün şəhərin  mərkəzində, əahlinin çox olduğu ərazilərədə ictimai-asiyişi pozmaqla niyətlərini reallaşdırmaq istəyirlər. Bunun  isə bir adı var- dövlətə və vətənə xəyanət.
 
Əgər bu  belə deyilsə, niyə bir zamanlar Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan  və sonradan siyasi partiyaya çevrilərək AXCP kimi fəaliyyət göstərən bir təşkilat  dövlətimizin suverenliyinə, ərazi bütövlüyünə ciddi təhdidlər olduğu zaman ümummilli maraqlardan çıxış etmir?  Niyə Azərbaycan beynəlxalq  söz sahibi olan beynəlxalq və regional təşkilatlara rəhbərlik etməsini təqdir etmir? Niyə qazandığı uğrulara kölgə salır? Məgər indiyədək uğrular olmayıbmı? Məgər hər şey doğrudanmı  pisə doğru  gedib? Nə qədər insaf və vicdan hissini itirəsən ki, bunlara yox deyəsən. Niyə uğrular təqdir olunmur?
 
Bəli, bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycanda da problemlər mövcuddur və bu çatışmazlıqları ölkə başçısı da    etiraf edərək müxalifətin dediyindən də ən sərt formada  çıxışlarında deyir. Təkcə demir, eyni zamanda   bu problemlərin, çatışmazlıqların aradan  qaldırılması üçün ciddi tədbirlər  görür.  Vətəndaşı narahat edən məsələlərin  həlli üçün cidid islahatlar aparır, Dövlət Proqramları  qəbul edib,  həyata keçirir. Təbii ki, Azərbaycan Prezidentinin ölkə vətəndaşının  xeyrinə və milli maraqlara uyğun həyata keçirilən islahatlar onları qane etmir. Əksinə yuxularına haram qatır. Çünki Azərbaycan Prezidenti müxalifətin   təkcə populyarlıq qazanamaq üçün səsləndirdikləri problemləri dilə gətirmir, eyni zamanda onların həll edir. Azərbaycan qarşısına qoyduğu hədəfə doğru irəliləyir. Azərbaycan nüfuzlu beynəlxalq və regional təşkilatlara rəhbərlik etməklə dünyadakı nüfuzu dahda da möhkəmlənir. 
Azərbaycan Prezidentinin müstəsna rolu və sayəsində bu gün Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası inkişaf edir və onun sıraları genişlənir. Türkdilli ölkələrə daha sıx inteqrasiya olunur.  Məhz Azərbaycanın  müstəsna rolu nəticəsində bu təşkilat artıq dünyada  nüfuzlu  bir əməkdaşlıq təşkilatına çevrilməkdədir.  Bunu hamı etiraf edir. Bax  yürütdüyü uzaqgörən siyasətinə görə, Azərbaycan Prezidentini dünyadakı nüfuzu günbə-gün artır. Bu həm  bəzi radikal müxalifətlə yanaşı, xaricdəki düşmənlərimizi ciddi narahat edir. Çünki ölkə başçısı onların səsləndirdiyi bütün şüarları əlindən alıb, ral surətdə həyatda tətbiq edir. Bax budur  bu günkü radikal müxalifəti belə cırnadan.
 
Əgər belə deyilsə, niyə radikal müxalifət  ABŞ Konqresində qəbul edilən “erməni soyrırımı”na reaksiya vermir. Biz  niyə Əli Kərimli, Leyla Yunus və digərlərinin bununla bağlı çıxışlarına rast gəlmirik. Ancaq biz bunun əvəzində  onların və trollarının  Azərbaycanın hər uğurunu gözdən salan hərəkətlərinin şahidi oluruq.  Bu bir daha onların təkcə Azərbaycanın deyil, qardaş Türkiyəyə olan düşmən münasibətin göstəricisidir.   Bu gün radikal müxalifət təmsilçiləri bu gün Türkiyənin üzləşdiyi mürəkəb durumda ona dəstək verərdilər. Ancaq bunlar imkan düşüdükcə  Türkiyənin və onun hakimiyyəti haqqında beynəlxalq aləmdə mənfi imic formalaşdırmağa çalışırlar.
Bu gün Qarabağ münaqişəsinin kökününü haradan qaynaqlandığını və həllinin yubanma səbəblərini bildikləri halda,  bundan siyasi məqsədləri üçün manipulyasiya edirlər. Lakin unutmurla rki, bunu xalq görür. Bir misal var deyərlə “Xoruz başını kola soxsada, quyruğundan xəbərsizdir”.  Əli Kərimli və bunun kimi siyasətçilər hesab edirlər ki, xalqın onların etdyindən və başlarını hansı xəyanət koluna saldıqlarından  xəbəri yoxdur. Xalq hər şeyi görür və bilir.
 
Bunu Əli Kərimli və onun ətrafındakılar da yaxşı anlayır. Bilirlər ki, bu gün onlar Azərbaycanın ictimai-siyasi həyatına təsir etmək və onlara  dəstək verən elektorat yoxdur. Məhz ona görə də qanunsuz icazəsiz aksiyalarla qarşıdurma, səs-küy yaratmaq və bu yolla guya Azərbaycanda hüquqlaırn pozulduğunu  deməklə beynəlxalq imicinə zərbə vurmaqdır. Bu məqsədlə adı çəkilən şəxslər və qüvvələr hətta xarici ölkə səfirlikləri ilə birgə fəaliyyət göstərirlər. Onlardan aldığı sifariş əsasında  ölkədə çaxnaşma yaratmaq istəyirlər. Adı çəkilən bu qüvvələr Azərbaycanda çaxnaşma yaratmaq üçün  xaricdəki anti-Azərbaycan və erməni lobbisindən dəstək alırlar. Biz bunun 19 oktyabr aksiyasında da şahidi olmuşuq. 
 
Ancaq Azərbaycan xalqı müdrikdir və ölkəmizdə ən böyük zəhmətlər hesabına yaradılan  sabitliyin pozulmasına imkan verməyəcək. Ölkədə qarşıdurma, sabitliyi pozmağa yönəlik qüvvələrə layiqli cavabını verəcək.

Baxış sayı: 4378 | Tarix: 31.10.2019
Bizi Telegramda izləyin: @repostaz