“Oktay Gülalıyevin sabah İstanbula aparılacağı gözlənilir”.
RePost.Az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Neyrocərrahiyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov bildirib. Onun sözlərinə görə, hələlik vaxt və məkanla bağlı məlumatlar dəqiqləşdirilir: “Hazırlıq işləri gedir. Vaxt və xəstəxana müəyyən edildikdən sonra Oktay Gülalıyev Heydər Əliyev Fondu vasitasilə Türkiyəyə aparılacaq”.
Baş həkim hüquq müdafiəçisinin vəziyyətinin ağır olduğunu bildirib.
Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Hazırda onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.
Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsini üzərinə götürüb.