Dünən gecə saatlarında Şüney Azərbaycanda baş verən güclü zəlzələdən yaralananların sayı 529-a çatıb. 
 
RePost.Az-ın məlumatına görə, Şərqi Azərbaycan bölgəsinin fövqladə hallarla mübarizə və tibbi xidmət mərkəzinin rəhbəri Fərzad Rəhman bildirib ki, yaralılardan 31-i xəstəxanaya yerləşdirib, qalanları isə ambulator müalicədən sonra evə buraxılıb. 
 
Xatırladaq ki, noyabrın 8-də Şərqi Azərbaycanda 5.9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Təbrizdən 118 kilometr şərqdə yerin 2 km dərinliyində qeydə alınıb. 
 

Baxış sayı: 3257 | Tarix: 09.11.2019
Bizi Telegramda izləyin: @repostaz