Müsavat Partiyası Divanının iclası keçirilib.

RePost.Az-ın məlumatına görə, iclasda Almaniyada miqrant problemi ilə bağlı həyata keçirilən əməliyyatdan sonra Müsavat Partiyasına qarşı irəli sürülən ittihamlar müzakirə edilib.

Müzakirələrdə qeyd olunub ki, Müsavat Partiyası qanunsuz miqrasiya və saxta sənədlərin verilməsi ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır.

İclasda Müsavat Partiyasına irəli sürülən ittihamların araşdırılması üçün komissiya yaradılıb.

Sonda cari məsələlər müzakirə olunub.


Baxış sayı: 4454 | Tarix: 18.11.2019
Bizi Telegramda izləyin: @repostaz