Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova sakinlərlə görüşə helikopterlə gedib.
 
RePost.Az  “unikal.org”a istinadən xəbər verir ki, H.Hüseynovanın olduğu helikopter Ağdam Olimpiya İdman Kompleksinin stadionuna eniş edib. Komitə sədrini Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qarşılayıb.
 
Xəbəri Ağdam rayon İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.
 
Xatırladaq ki, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Ağdam, Bərdə və Tərtər rayonundan olan vətəndaşlarla görüşəcək.

Baxış sayı: 4606 | Tarix: 19.11.2019
Bizi Telegramda izləyin: @repostaz