Hüquq müdafiəçisi Oqtay Gülalıyev bu saatlarda əməliyyata qaldırılıb.
RePost.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist Zümrüd Yağmur məlumat paylaşıb. Bu, qəzadan sonra O.Gülalıyevin keçirdiyi ikinci əməliyyatdır.
Dünən hüquq müdafiəçisi Türkiyənin İstanbul şəhərində yerləşən “Amerikan” xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, 29 oktyabr tarixində axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi piyada keçidindən yolu keçərkən avtomobil vurub. Gülalıyev ağır xəsarət alıb. Qəzanı 90 PZ 543 dövlət nömrə nişanlı, “Hunday" markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi xəstəxanaya çatdırıb.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb və o, müalicə üçün Türkiyəyə aparılıb.