Keçmiş səhiyyə naziri Əli İnsanov yeni partiya yaratdığını elan edib. 
 
Noyabrın 24-də yeni partiyanın adı və 15 nəfərdən ibarət təşkilat komitəsi ictimaiyyətə elan edilib. 
 
Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə katibi seçilib.
 
Təşkilat komitəsinin üzvləri aşagıdakılardan ibarətdir:
1) Əli İnsanov-sədr
2) İsfəndiyar Vahabzadə-Azərbaycan Respublikasının Fövqəladə və səlahiyyətli səfiri,filologiya elmləri doktoru,professor, Moldava Respublikasının Milli Elmlər Akademiyasının həqiqi üzvü – Akademik.
3) Qalibə Budaqova – Bakı Dövlət Universitetinin sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru, Azərbaycan Respublikası şəhid Milli Qəhrəmanı Tahir Həsənovun anası, Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri.
4) Mirədalət Talışxanov – Hüquqşünas, Masallı rayon Məhkəməsinin sabiq sədri, Azərbaycan Respublikası Baş Prokurorunun sabiq köməkçisi.
5) Eyvaz Əliyev – Beyləqan rayon Yeni Azərbaycan Partiyasının sabiq sədri, Beyləqan Rayon İcra Başçısının sabiq müavini.
6) Oruc Muradov – Ukrayna Respublikası Xarkov şəhərində yaşayır, iqtisadçı, sahibkar,1988-1990-cı illərdə Xalq Hərəkatının fəal üzvlərindən biri.
7) İlqar Quliyev – Ekoloq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq əməkdaşı, Azərbaycan Respublikaçılar Partiyasının Sumqayıt şəhər təşkilatının sədri.
8) Babək Adıgözəlov – Hüquqşünas, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının idarə heyyətinin sabiq üzvü.
9) Yalçın Qəhrəmanoglu – Ukrayna Respublikası Kiyev şəhərində yaşayır, iqtisadçı mühəndis,sahibkar, Azərbaycanda Demokratik Qüvvələrin Milli Şurasının üzvü.
10) Əfqan Sadıqlı – jurnalist, Azel tv-nin rəhbəri.
11) Zaur Bayramoglu – Qazi.
12) Murad Muradov – İctimai fəal.
13) Rəşad Abbaslı – Mühəndis, Təşkilat Komitəsinin katibi.
14) Fərrux Binətzadə – Hüquqşünas, keçmiş polis zabiti.
15) Murad Quliyev – İqtisadçı-hüquqşünas, Amerika Birləşmiş Ştatlarında tədqiqatçı.
İclasda partiyanın təsis konfransına qədər olan dövrdə görüləcək işlər barədə geniş müzakirə apardıq, partiyanın nizamnaməsi və proqramının yazılıb başa çatdırılması üçün tapşırıqlar verildi”.

Baxış sayı: 4093 | Tarix: 25.11.2019
Bizi Telegramda izləyin: @repostaz