Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı işdən çıxarılıb.
 
“Report”un əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi, polis polkovniki Fuad Məmmədli vəzifəsindən azad edilib.
 
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, F.Məmmədli təqaüdə göndərilib.
 
DİN-in Mətbuat Xidmətindən “Report”a fakt təsdiqlənib.
 
F.Məmmədlinin yerinə hələlik təyinat yoxdur.
 
Qeyd edək ki, F.Məmmədli sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.

Baxış sayı: 4245 | Tarix: 28.11.2019
Bizi Telegramda izləyin: @repostaz