Tanınmış jurnalist Jalə Mütəllimova yeni vəzifəyə təyin edilib.
RePost.Az xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb.
Jurnalistin yazdığına əsasən, o, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının müşaviri təyin olunub.
Qeyd edək ki, Jalə Mütəllimova bu günə qədər Az.TV, APA TV, "Musavat" qəzeti və başqa media orqanlarında çalışıb.