Xəzər TV-də yayımlanan "Səni axtarıram" proqramının layihə rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızı bu gün efirə çıxmaya bilər. Dünən səsi tutulmuş vəziyyətdə efirə çıxan jurnalistin səsi efirdən sonra təmamilə batıb. 
 
RePost.Az BAKU.WS-ə istinadən  xəbər verir ki, aparıcının yerinə proqramı həyat yoldaşı Doğuş təqdim edəcək.
 
O, bu barədə "İnstagram"da danışıb. "Story"də paylaşılan videoda aparıcının Doğuşla birlikdə həkim qəbulunda olduğunu görürük.
 
"Bəli, Xoşqədəmin səsi batıb. Bu gün "Səni axtarıram"ı onun yerinə mən aparacam. Yeni aparıcınız mənəm", - deyən Doğuş, bugünki efiri təqdim edəcəyini bildirib.
 
Xatırladaq ki, X.Hidayətqızı BAKU.WS-ə açıqlamasında, bu gün efirə çıxa bilməyəcəyini istisna etməmişdi:
 
"Səsim təmamən yoxdur. Hər kəslə yazıyla danışıram. Bəlkə efirə çıxmadım. Bundan əvvəl də bir dəfə səsim tutulmuşdu. Həkim xəbərdarlıq etmişdi ki, bir də belə olarsa, səsinin açılması çox çətin olacaq. Bu da bu... Dünən o vəzıyyətdə efirə çıxmamalıydım. Həkimə inad çıxdım, indi nəfəs belə ala bilmirəm".

Baxış sayı: 4967 | Tarix: 05.12.2019
Bizi Telegramda izləyin: @repostaz