Dekabrın 17-də Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş mövqelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqamətindəki sərhəd döyüş məntəqələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.
 
RePost.Az Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.

Baxış sayı: 3314 | Tarix: 18.12.2019
Bizi Telegramda izləyin: @repostaz