İran nüvə proqramı ilə bağlı 2015-ci ildə imzaladığı məhdudiyyət şərtlərinə bundan sonra əməl etməyəcək.
 
RePost.Az xəbər verir ki, rəsmi Tehranın yaydığı bəyanata görə, İran nüvə anlaşması ilə bağlı öhdəliklərin icrasına yalnız ölkəyə qarşı tətbiq edilən bütün sanksiyaların ləğvindən sonra dönəcək.
 
"İran İslam Respublikası nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində beşinci addımı atır. Belə ki, sentrifuqların sayında məhdudiyyəti ləğv edib. Bundan sonra uranın zənginləşdirilməsində, zənginləşdirilmənin faizində, zənginləşdirilmənin miqdarı, araşdırılması və inkişaf etdirilməsinə heç bir məhdudiyyət tətbiq etməyəcək".
 
Xatırladaq ki, İran hakimiyyətində nüfuzlu fiqurlarından olan Qasım Süleymani yanvarın 3-nə keçən gecə Bağdad hava limanında ABŞ-n hava zərbələri nəticəsində öldürlüb. Reutersin məlumatına görə, onun olduğu maşınlara 3 raket buraxılıb. Əməliyyat zamanı onunla yanaşı azı 8 nəfər də ölüb.
Bundan sonra İranla Amerika arasında münasibətlər daha da gərginləşib.

Baxış sayı: 4340 | Tarix: 06.01.2020
Bizi Telegramda izləyin: @repostaz