Mərkəzi Seçki Komissiyası 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı təcili iclas keçirir.
 
RePost.Az-ın məlumatına görə, iclasda səsvermə prosesi ilə bağlı edilən şikayətlər üzrə aparılan araşdırmaların nəticələri elan olunacaq.
 
Artıq Mərkəzi Seçki Komissiyası 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticəsini ləğv edib.
 
MSK katibi Arifə Muxtarova həmin dairədən deputatlığa namizədlər - Hikmət Şirinov və Razim Əmiraslanovun müraciətinə baxıldığını bildirib.
 
Onun sözlərinə görə, seçkidən sonra səslərin hesablanması zamanı müşahidəçilərin səsvermənin hesablanmasına komissiya tərəfindən maneə yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb.
 
Nəticə etibarilə həmin dairənin nəticələri ləğv edilib.
 
Qeyd edək ki, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Çingiz Qənizadə lider namizəd idi.
 
 

Baxış sayı: 4397 | Tarix: 13.02.2020
Bizi Telegramda izləyin: @repostaz