Fevralın 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.


Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən RePost.Az-a bildiriblər ki, iclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb. Seçki qanunvericiliyində nəzərdə tutulan müddətdə və qaydada iclasa çıxarılan müraciətlər ərizəçilərin və digər maraqlı subyektlərin də iştirakı ilə geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

Sosial şəbəkələr və digər mənbələrdən olan məlumatların şəffaf və hərtərəfli araşdırılması nəticəsində Komissiya Milli Məclisə seçkilər keçirilən 24 seçki məntəqəsində - 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin 8, 125 saylı Zəngilan – Qubadlı seçki dairəsinin 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59, 107 saylı Qazax seçki dairəsinin 2, 57 saylı Kürdəmir seçki dairəsinin 7, 18, 20, 27 və 33, 8 saylı Binəqədi birinci seçki dairəsinin 24, 11 saylı Qaradağ seçki dairəsinin 30 və 23 saylı Nəsimi – Səbail seçki dairəsinin 14, 17, 23 və 25 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsini mümkünsüz edən və Seçki Məcəlləsinin tələblərinə uyğun olmayan halları nəzərə alaraq, həmin məntəqələr üzrə səsvermənin nəticələrinin ləğv olunmasına qərar verib.

Milli Məclisə seçkilərin müşahidəsinə qatılan beynəlxalq təşkilatların və xarici qurumların nümayəndələrinin iştirak etdiyi iclas kütləvi informasiya informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.


 


Baxış sayı: 4644 | Tarix: 20.02.2020
Bizi Telegramda izləyin: @repostaz