"Ərin arvadını döyməsi yalnız kişinin istədiyi formada, şərtdə və zamanda ola bilməz. Arvad döyməyin öz qaydası, qanunu var və bu, Şəriətdə dəqiq təsbitlənib".
 
RePost.Az milli.az-a istinadən xəbər verir ki, Fələstin Muxtariyyətinin tanınmış din xadimlərindən biri, fəlsəfə elmləri doktoru Sami Həccac belə deyib.
 

 

Qəzzada Vəqflər Nazirliyinin məmuru olan, rəsmi olaraq "imam" statusuna malik Sami Həccac "Fələstin TV"də çıxış edərkən ərin arvadı ilə sayğılı davranmasının şərt olduğunu vurğulayıb.
 
"Ər arvadını yalnız dilətutma və islahetmə məqsədli xəbərdarlıqları dinləmədikdə, bir də yataqdan kənarda durmaq istədikdə döyə bilər. Özü də qadını yalnız diş təmizləyən "misvak" çöpü boyda çöplə, kiçik budaqla və ya dəsmalla vurmaq olar. Ərin arvadını yumruqlaması, təpikləməsi, zərblə itələməsi yolverilməzdir. Bundan başqa, ər arvadının ayaqlarına, belinə vurmalıdır. Yəni elə yerlərə ki, izlər görünməsin", - S.Həccac vurğulayıb.
 
S.Həccacın fikrincə, ərin arvadını döyməsində "şəfqət var": "Qadının döyülməsi onun doğru yola dəvəti kimi də qəbul oluna bilər. Çünki ərin arvadını döyməsi elə qadına xeyirdir"

Baxış sayı: 5062 | Tarix: 24.01.2017
Bizi Telegramda izləyin: @repostaz