“Brent” markalı neftin 2020-ci ilin may ayı fyuçerslərinin qiyməti 13,3% azalaraq bir barel üçün 24,9 ABŞ dollarına qədər ucuzlaşıb.

RePost.Az-ın məlumatına görə, sonuncu dəfə bu markalı neft 2003-cü ilin mayında bu qiymətə satılıb.

WTI markalı neftin qiyməti də 21,3 faiz ucuzlaşıb və hazırda bu markalı neftin bir barelinin qiyməti 21,5 ABŞ dollarıdır.


Baxış sayı: 5518 | Tarix: 18.03.2020
Bizi Telegramda izləyin: @repostaz