Digər Xəbərlər
Yolda təhlükəsiliyi təmin etməli olan yol polisi əməkdaşlarının özlərinin qayda pozuntularına yol vermələri adi hal alıb.
Ötən gecə daha bir DYP əməkdaşının qayda pozuntusu RePost.Az-ın kamerasına tuş gəlib.
Gecə saat 00:00 radılərində DYP əməkdaşı Zərifə Əliyeva küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yol nişanının tələblərini pozaraq sola dönməli olduğu halda düzünə hərəkət edib.
Bununla da DYP əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi) tələblərini pozublar.