"Türkiyədə daha 131 nəfər pandemiyanın qurbanı olub”.
 
RePost.Az-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.
 
Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 2 148 nəfərə çatıb.
 
“Bu gün 42 900 test aparılıb, 3 690 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 89 996 nəfərdir. Bu gün daha 1 680 pasiyent sağaldı, sağalanların ümumi sayı 13 656 nəfərdir”, - nazir qeyd edib.
 
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
 
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 444 000-i ötüb. Bunların 640 252 nəfəri sağalıb, 167 990 nəfəri isə ölüb.
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Baxış sayı: 3637 | Tarix: 20.04.2020
Bizi Telegramda izləyin: @repostaz