Suriyada İŞİD terror təşkilatı tərəfindən hücum zamanı azərbaycanlı qadın 2 uşağı ilə birlikdə öldürülüb.

 

RePost.Az-ın Apa-ya istinadən verdiyi məlumata görə, öldürülən uşaqlar 7 yaşlı qız və 3 yaşlı oğlan olub.

 

Məlumata əsasən, qadınını əri Fikrət Əliyev Suriyada döyüşən qruplaşmalardan birinə qoşulmaq üçün 2015-ci ilin əvvəllərində ailəsi ilə birlikdə bu ölkəyə köçüb.

 

F. Əliyev qruplaşmaya qoşulduqdan 4 ay sonra öldürülüb. 

 

Onların Suriyaya hansı ölkədən gəldikləri barədə məlumat verilmir.


Baxış sayı: 2991 | Tarix: 26.01.2017
Bizi Telegramda izləyin: @repostaz