Türkiyənin “Fərat Qalxanı” əməliyyatı ilə terrorçulardan azad etdiyi əl-Bab şəhəri hava hücumuna məruz qalıb.
	 
	RePost.Az CNN Türk-ə istinadən xəbər verir ki, yaşayış məntəqələrinə endirilən 2 zərbə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
	 
	Dağıntılar altında qalanların xilas edilməsi üçün tədbirlər görülür.
	 
	Hücumun Rusiyaya məxsus təyyarə tərəfindən edildiyi bildirilib.