Nə qədər gülünc görünsə də, Ermənistanda Cəlal Arutyunyana sui-qəsdlə bağlı cinayət işi qaldırılıb.
 
RePost.Az xəbər verir ki, bu barədə “Caliber” layihəsinin “Youtube” hesabında yayımlanan növbəti videoda bəhs edilib.
 
44 günlük müharibənin gedişində ordumuzun dəqiq zərbəsi ilə məhv edilən Qarabağdakı separatçı, qondarma rejimin “müdafiə naziri” C.Arutyunyanı həmin vaxtdan heç kim görməsə də, artıq ermənilər onun qalıqlarının açıqlama verdiyini də iddia edirlər.
 
Videoda həmçinin Cəlal Arutyunyanın ordumuzun zərbəsindən guya “möcüzəli şəkildə” qurtulması hind filmlərinin fantastik səhnələri ilə göstərilir.
 
Daha ətraflı videoda:

Baxış sayı: 3143 | Tarix: 01.02.2021
Bizi Telegramda izləyin: @repostaz